image-2000x150
image-449434487_8014333451962187_1725913920534066742_nbackend

Varşava Azərbaycan evində “220 nömrəli otaq” adlı həvəskar teatr tamaşası nümayiş olunub

image-768x150
30 iyun 2024-cü il tarixində Varşava Azərbaycan evində tələbə soydaşlarımız tərəfindən “220 nömrəli otaq” adlı həvəskar teatr nümayiş olunub. Bu haqda saytımıza Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli məlumat verib.
“Tamaşa, “Ocaq” teatr cəmiyyətinin üzvü, tələbə soydaşımız Kamran Məmmədovun xaricdə yaşamış görkəmli həmvətənlərimizdən bəziləri haqqında hazırladığı prezentasiyanın nümayişi və tanınmış elm və incəsənət xadimləri haqqında nitqi ilə başladı.
Daha sonra soydaşlarımızın hazırladığı tamaşa oynanıldı. Tamaşa xaricdə yaşayan soydaşlarımızın yaxşı və pis tərəflərinin göstərilməsi, onların xaricə köçməzdən əvvəlki həyatı və köçdükdən sonrakı dəyişimi səhnələrindən ibarət oldu.
Tamaşadan sonra çay süfrəsi təşkil edildi, sözügedən mövzuda ümumi söhbət baş tutdu və qonaqlar tamaşa haqqında öz fikirlərini səsləndirdi. İzləyicilərin demək olar ki hər biri öz asudə vaxtlarının belə vacib bir mövzu ətrafında həmsöhbət olaraq keçirilməsindən böyük məmnunluq hissi duyduqlarını dilə gətirdi.
Tamaşanın hazırlanmasında əziyyət çəkən hər kəsə, xüsusəndə Kamran Məmmədov, Məlik Cəfər, Muxtar Novruzlu və Cavid Hüseynova və izləyici qismində gələn soydaşlarımıza öz təşəkkürlərimizi bildiririk.
Sonda onu qeyd etmək istəyirik ki,Polşa Azərbaycanlıları Şurası olaraq fəaliyyət növündən asılı olmayaraq hər bir soydaşımıza əlimizdən gələn istər maddi istərsə də mənəvi dəstək göstərməyə hər zaman hazırıq. Bu cür tədbirlərin keçirilməsində dəstək almaq üçün və ya tədbirlərdə qonaq qismində iştirak etmək üçün hər zaman bizimlə əlaqə saxlaya bilərsiniz”, – deyə F.Cəfərli bildirib.
image-449192046_8014333598628839_3902784491524689258_n image-449246275_8014333518628847_3822251062704401883_n image-449432719_8014333641962168_6569377165510818777_n
image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki