image-2000x150
image-img_4712backend

Vyanada gənc azərbaycanlı pianoçu Ayan Məmmədlinin növbəti solo konserti olub

image-768x150

Avstriyanın paytaxtı Vyanada Beynəlxalq Pianoçular və Musiqi Teatrı Cəmiyyətinin təşkilatçılığı ilə Respublika və beynəlxalq müsabiqələr laureatı, “Qran Pri” mükafatçısı, Avstriyanın Anton Brukner adına Konservatoriyasının magistrantı, gənc azərbaycanlı pianoçu Ayan Məmmədlinin növbəti solo konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, solo konsert proqramında dünyaşöhrətli klassik bəstəkarların – Haydn, Bartok, List və Frankın əsərləri səsləndirilib.

Cəmiyyətin rəhbəri, tanınmış pianoçu Stepan Möller çıxış edərək Ayan Məmmədliyə iştirakçılar adından təşəkkürünü bildirib.

Qeyd edilib ki, Avropanın “musiqi beşiyi” sayılan Vyananın nüfuzlu musiqi məkanlarından birində məsuliyyətli proqramla çıxış etmək və dünyaşöhrətli sənətkarlardan yüksək qiymət almaq gənc azərbaycanlı pianoçu üçün böyük uğurdur. Vurğulanıb ki, Ayan Məmmədli dünyanın hansı səhnəsində çıxış etməsindən asılı olmayaraq, konsert proqramına mütləq milli musiqi nömrəsi daxil edir və bununla əcnəbi tamaşaçılara Azərbaycan musiqisini təqdim etməyə çalışır. Bu dəfə də doğma vətəninə bağlılığının təzahürü olaraq konsertini ifaçı Dəfnə Aydınla birgə hazırladığı, Ulu Öndərin sevdiyi əsərlərdən biri – Tofiq Quliyevin “Sənə də qalmaz” bəstəsi ilə yekunlaşdırıb.

İstedadlı gənc pianoçu Ayan Məmmədli bildirib ki, Azərbaycan musiqisini sərhədlər aşan sənət dili kimi təbliğ etməkdən hər zaman qürur duyur.
image-img_4710 image-img_4711 image-img_4713 image-img_4714 image-img_4715

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki