Kanadalı siyasətçilər Reza Moridi və Yasmin Ratansi çıxışlarında Xocalının 32 il əvvəl bəşər tarixinin ən amasız qətliamlarından birinə şahidlik etdiyini bildiriblər .

 

Tədbirin bədii hissəsində görkəmli bəstəkar Arif Məlikovun əsərlərindən ibarət kompozisiya təqdim olunub, “Azərbaycan Evi”nin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirib, Nuray Hüseynova təsirli ifası ilə yadda qalıb.

ELTV media qrupu ilə “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı əsasında “History of Azerbaijan” (“Azərbaycan tarixi”)layihəsi çərçivəsində hazırlanan, Xocalı faciəsini əks etdirən qısametrajlı sənədli filmin nümayişi və  foto-sərgi qonaqlar tərəfindən  təqdirlə qarşılanıb.

Qeyd edək ki, tədbirin moderatoru, tanınmış kanadalı siyasətçi Toni Ruprext  olub. O, Xocalı cinayətkarlarının beynəlxalq məhkəməyə cəlb olunmasının vacibliyini vurğulayıb.