image-2000x150
image-w_161784725517179823477_1200x630backend

YAP Səbail rayon təşkilatında Milli Mətbuat Günü qeyd olunub

image-768x150

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul – Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev medianın milli maraqların qorunmasında rolundan danışıb. O bildirib ki, 1875-ci il iyulun 22-də nəşr olunan “Əkinçi” qəzeti Azərbaycan milli mətbuatının əsasını qoymaqla yanaşı, xalqın maariflənməsinə, ana dilinin inkişafına və milli özünüdərk prosesinin güclənməsinə mühüm töhfə verib. M.Nağıyev qeyd edib ki, 151 illik zəngin inkişaf yolu keçən Azərbaycan mətbuatı müxtəlif tarixi mərhələlərdə milli dəyərlərin təbliğində, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və ictimai rəyin formalaşmasında mühüm xidmət göstərib.

YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli bildirib ki, müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə söz və mətbuat azadlığının təmin olunması və media sahəsində həyata keçirilən islahatlar milli mətbuatın inkişafında yeni mərhələnin əsasını qoyub. O, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, medianın hüquqi bazasının təkmilləşdirilməsi, rəqəmsal transformasiyanın sürətləndirilməsi və peşəkar jurnalistikanın inkişafı istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

YAP Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca milli mətbuatımızın keçdiyi zəngin inkişaf yolundan geniş bəhs edib. O, medianın bundan sonra da üzərinə düşən vəzifələri obyektivlik, qərəzsizlik, məsuliyyət prinsiplərinə sadiq qalaraq layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.

“Olaylar” İnformasiya Agentliyinin rəhbəri Yunus Oğuz, Əməkdar jurnalist Etibar Babayev, Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli və “Tusi” Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin sədri Yəhya Babanlı çıxışlarında cəmiyyətin inkişafında və dövlət maraqlarının qorunmasında mətbuatın rolundan danışıblar.

Sonra bir qrup jurnalistə fəxri fərman təqdim olunub. Təltif olunanlar arasında “Diaspornews.az”ın baş redaktoru da var.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonda konsert proqramı təqdim olunub.

image-w_1617847255176277750058_1200x630

image-w_16178472551743717465_1200x630

image-w_1617847255172032945848_1200x630

image-w_1617847255175882648849_1200x630

image-w_1617847255171349560973_1200x630

image-w_1617847255175743246659_1200x630 image-w_161784725517149560554_1200x630 image-w_1617847255171880350670_1200x630

image-w_1617847255172989064187_1200x630

image-w_1617847255175763253018_1200x630   image-w_161784725517255651787_1200x630 image-w_1617847255172621310752_1200x630  image-w_1617847255173264614896_1200x630  image-w_16178472551751791969_1200x630

image-w_1617847255171908715124_1200x630

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki