image-2000x150
image-img-20220505-wa0061backend

Diaspor üzvü Moskvada “Dünyaya sülh!” adlı tədbirdə iştirak edib

image-768x150

Mayın 5-də Böyük Vətən Müharibəsində Qələbənin 77-ci ildönümü ərəfəsində Moskvadakı 28 saylı “Aistenok” uşaq bağçasında “Dünyaya sülh!” adlı vətənpərvərlik tədbiri keçirilib.

“Diaspornews.az” xəbər verir ki, tədbirdə Böyük Vətən Müharibəsi veteranları: Gerasimov N.İ., T.E. Vaskaboeva, A.V.Ambrosemova, Klyukvin A.N., Fokin R.F., Podolsk şəhərinin Deputatlar Şurasının deputatı, 34 saylı tam orta məktəbin direktoru İnna Gennadievna Qorkavaya,
Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti təşkilatının sədri
Əli Kazımov, Rüstəmov Elxan, Kuzneçiki mikrorayonunun ərazi idarəsinin rəisi Patruşev E.V., Rusiya Qvardiyasının nümayəndələri, 34 nömrəli tam orta məktəbin şagirdləri və s. İştirak ediblər.
Təntənəli konsertdən sonra uşaqlar qonaqlara sülhü simvolizə edən və özləri tərəfindən hazırlanmış göyərçinlər təqdim ediblər.
“Aistenok” uşaq bağçasının rəhbəri S.V.Primerova ilk olaraq uşaq bağçasının 2022-ci ilin məzunlarına gözəl gələcəyə inamını, 2032-ci ildə ruslara olan ümidlərini, arzularını oxuyub.
Sonra məktəblilər uşaqlara 2032-ci ilə kimi olan müraciətlərini oxuyublar. Bütün qonaqlara gələcək nəsillərə müraciətlərini yazmaq və “Zaman kapsulu”na yerləşdirmək imkanı verilib. Gələcək nəsillərə mesaj olan kapsul 2022-2032 “Arzuları illər boyu yaşadın və onu həyatla doldurun” (R. Rozhdestvensky) möhürlənib və 05.05.2032-ci ildə təntənəli şəkildə açılacağına and içilib.
Tədbirin davamı olaraq “Dünyaya sülh!” adlı ağacəkmə aksiyası keçirilib.

image-img-20220505-wa0060

image-img-20220505-wa0055

image-img-20220505-wa0059

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki