image-2000x150
image-img_2917backend

Xankəndidə “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib

image-768x150

Oktyabrın 20-də Xankəndi Konqres Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun rəsmi açılış mərasimi keçirilib.

Forumdan foto
Forumdan foto

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin, Konstitusiya quruluşunun qorunması naminə həyatlarını qurban verən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Xalq artisti Fəxrəddin Manafovun ifasında “Şəhidə məktub” videoçarxı nümayiş olunub.

Forum zamanı
Forum zamanı

Agentlikdən verilən məlumata görə, rəsmi açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin Konstitusiya quruculuğuna dair fikirlərindən ibarət xüsusi videoçarx da təqdim edilib.

Aygün Əliyeva: Ötən dövrün, cari vəziyyətin və gözləntilərin dəyərləndirilməsi üçün bu platforma mühüm əhəmiyyət kəsb edib

Təqdimatdan sonra Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çxış edib.

Aygün Əliyeva çıxış edərkən
Aygün Əliyeva çıxış edərkən

Aygün Əliyeva bildirib ki, 2023-cü ildən başlayaraq, hər il Azərbaycan QHT-lərinin illik toplantısı keçirilir, ötən dövrün, cari vəziyyətin və gözləntilərin dəyərləndirilməsi üçün bu platforma mühüm əhəmiyyət kəsb edib.

Tədbirdən foto
Tədbirdən foto

İcraçı direktor QHT-ləri prosesə yaxından cəlb etməklə, 19 dövlət proqramı üzrə 67 tapşırığın icrasını Agentliyin 97 faiz göstərici ilə tamamladığını, bu nəticənin qurumun tarixində ilk dəfə əldə olunduğunu bildirib.

2025-ci ilin noyabrında Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu keçiriləcək

Məlumat verilib ki, 2025-ci ilin noyabrında Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu keçiriləcək: “Bundan başqa, Azərbaycan-Qazaxıstan QHT-lərinin ilk forumuna hazırlıq prosesi də davam edir. Qarşıdakı dövrdə Azərbaycan-Çin QHT-lərinin də əməkdaşlıq platformasının qurulması hədəflənir”.

Elçin Yusubov: Əminəm ki, bu cür görüşlər dövlət orqanları ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlığı daha da dərinləşdirəcək

Məlumata görə, mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov da çıxış edib.

Elçin Yusubov çıxış edərkən
Elçin Yusubov çıxış edərkən

E.Yusifov qeyd edib ki, hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarının ərazisində 22 mindən çox şəxs məskunlaşıb.

Tədbir zamanı
Tədbir zamanı

Xüsusi nümayəndə QHT-ləri azad edilmiş ərazilərin reinteqrasiyasında, bərpa və sosial adaptasiya proseslərində fəal iştirak etməyə çağırıb: “Əminəm ki, bu cür görüşlər dövlət orqanları ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlığı daha da dərinləşdirəcək, Azərbaycan Respublikasının Konstitusiyanın ruhuna uyğun birgə fəaliyyətin möhkəmlənməsinə, həmçinin Azərbaycan həqiqətlərinin və dəyərlərinin beynəlxalq miqyasda daha geniş tanıdılmasına xidmət edəcək”.

Tural Əliyev: Artıq Azərbaycanda dövlət-QHT münasibətləri “yardım modeli” çərçivəsindən çıxaraq, qarşılıqlı məsuliyyət, etimad, şəffaflıq modeli üzərində qurulub

Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev artıq Azərbaycanda dövlət-QHT münasibətlərinin “yardım modeli” çərçivəsindən çıxaraq, qarşılıqlı məsuliyyət, etimad, şəffaflıq modeli üzərində qurulduğunu diqqətə çatdırıb.

Tural Əliyev çıxış edərkən
Tural Əliyev çıxış edərkən

Sektor müdiri qeyd edib ki, bu, yeni mərhələyə yüksəlmədir. Məqsəd yalnız müxtəlif layihələr maliyyələşdirmək deyil, onun təsirini, özü də sistemli təsirini ölçə bilmək, layihələri mütərəqqi ictimai dəyərə çevirməyə nail olmaqdır: “Bu gün Azərbaycan QHT sektorunda böyük bir canlanma, yüksək əhval-ruhiyyə, işgüzarlıq mühiti, proaktiv fəaliyyət müşahidə edilir. Artıq tədbir naminə tədbirlər deyil, hədəf auditoriyaya yönəlik işlər, ölçüləbilən nəticələr önə çıxır, hesabatlılıq artır”.

Rəhman Hacıyev: Son illər QHT sektorunda kəmiyyətdən keyfiyyətə keçid güclənib

“Qarabağ Dirçəliş Fondu”nun İdarə Heyətinin sədri Rəhman Hacıyev son illər QHT sektorunda kəmiyyətdən keyfiyyətə keçidin gücləndiyini vurğulayıb.

Rəhman Hacıyev çıxış edərkən
Rəhman Hacıyev çıxış edərkən

R.Hacıyev ilk dəfə QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə birgə QHT-lər üçün müsabiqələr elan etdiklərini, prosesdə əsas tərəfdaşın ANAMA olduğunu bildirib. O, bu müsabiqələr çərçivəsində QHT-lərdən mina və PHS mövzusunda mühüm təşəbbüslər gözlədiklərini ifadə edib,
Forumun işinə uğurlar arzulayıb.

Xalid Rəcəbov: QHT-lər üçün birgə qrant müsabiqələri uğurlu başlanğıc olacaq

Sonra bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Sosial Sərmayələr Departamentinin direktoru Xalid Rəcəbov çıxış edib.

Xalid Rəcəbov çıxış edərkən
Xalid Rəcəbov çıxış edərkən

O, da ilk dəfə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə QHT-lər üçün qrant müsabiqələri elan etdiklərini, bunun uğurlu başlanğıc olacağına inandıqlarını qeyd edib.

Sevinc Orucova: Azərbaycan QHT-lərinin vahid mövqedən çıxış etməsi təqdirəlayiqdir

Mərasimdə, həmçinin “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova da çıxış edib.

Sevinc Orucova çıxış edərkən
Sevinc Orucova çıxış edərkən

S.Orucova Azərbaycan vətəndaş cəmiyyəti qaya kimi möhkəm və daim işgüzar olmasının vacibliyini önə çəkib: “Milli maraqların müdafiəsində Azərbaycan QHT-lərinin vahid mövqedən çıxış etməsi təqdirəlayiqdir”.

Əliməmməd Nuriyev: Layihələr keçici nəticə verir, proseslər isə dəyərlərin davamlılığını təmin edir

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, “layihə yönümlü fəaliyyətinin yerini proses yönümlü sistem tutmalıdır” fikri təkcə texniki yanaşma kimi deyil, vətəndaş cəmiyyətinin özünütəşkil modelinə dair strateji çağırış kimi səslənir.

Əliməmməd Nuriyev çıxış edərkən
Əliməmməd Nuriyev çıxış edərkən

O, qeyd edib ki, “Layihə müəyyən məqsədin ifadəsidirsə, proses həmin məqsədin daimi idarəetmə mexanizminə çevrilməsidir. Layihələr keçici nəticə verir, proseslər isə dəyərlərin davamlılığını təmin edir. Azərbaycan vətəndaş cəmiyyəti indi bu keçidi reallaşdırmağa daha yaxındır”.

Forum iştirakçıları
Forum iştirakçıları

Daha sonra Forumun aparıcısı, tanınmış diktor Dilarə Səlim Azərbaycan QHT təmsilçilərinin “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş fikirlərindən ibarət videoçarxı təqdim edib.

Forum öz işini 4 panelə bölünərək davam etdirib.

Sonda Forum iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Forum öz işini bədii hissə ilə davam etdirib.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki