image-2000x150
image-2backend

“Ana qanunumuzun işığında” adlı tədbir keçirilib

image-768x150

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli kitabxana filialı “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ana qanunumuzun işığında” adlı tədbir keçirib.

Tədbirdə millət vəkili, siyasi elmlər doktoru, professor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu, Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə komitələrin üzvü İlham Məmmədov, beynəlxalq məsələlər üzrə şərhçi Pərviz Mirizadə, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə, Səbail rayon MKS-nin direktoru Nərmin Xəlilova, filial müdirləri, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və 16 nömrəli Texniki və Humanitar liseyin müəllim və şagirdləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxışlar zamanı qeyd olunub ki, Azərbaycan Respublikası özünün milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir. Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

Tədbir zamanı mövzu ilə bağlı videoçarx nümayiş etdirilib, Vətən haqqında musiqilər səsləndirilib.

3996400139984000400239994003

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki