Bu gün Rusiyanın Həştərxan vilayətinin Xarabalinski rayonunun yerli milli-mədəni muxtariyyətinin sədri Asəf Əliyevin doğum günüdür. Xatırladaq ki, Əliyev ASəf Qubad oğlu 21.11.1973-cü il tarixində Lənkəran rayonunun Mamusta kəndində anadan olub. Ata və anası həmin sovxozda uzun müddət kənd təsərrüfatı ilə məşğul olublar. Ailədə 3 bacı, 5 qardaşdırlar. 1990-cı ildə orta məktəbi bitirib. 1991-ci ildə hərbi xidmətə çağırılıb və Qarabağ döyüşlərdə iştirak edib. Azərbaycanın öz müqqəddəs torpaqları uğurunda mübarizə apardığı dövürdə Asəf Əliyev də bir əsgər kimi döyüşüb. Azərbaycanın ərazi bütövlüyü uğurunda müharibədə iştirak etməklə babalarının yolunu davam etdirib. 1995-ci ildə ordudan tərxis olunub. “Vətənimi sevirəm və Vətənə bağlı vətəndaşam. Vətənimizlə bağlı olan işlərə səssiz qala bilmərik”, – deyə o bildirib.
1996-cı ildən Astarxanda yaşayan Asəf Əlliev ailəlidir, 2 qızı, bir oğlu var. Qızları ailəlidir, 4 nəvəsi var. Oğlu Həştərxan Dövlət Texniki Universitetində aili təhsil alır.
Asəf Əliyev 2022-ci ildən rayonun Azərbaycan Milli-Mədəniyyət Cəmiyyətinin rəhbəridir. Belə qısa müddət ərzində o, səxavətinə, xeyirxahlığına, xeyriyyəçilik işlərinə və şəhər və rayonun ictimai həyatında iştirakına görə xalqın hörmətini və minnətdarlığını qazanıb.
Asəf Əliyev orduya və ölən hərbi qulluqçuların ailələrinə humanitar yardım kampaniyalarında da fəal iştirak edir. O, həmçinin ona kömək üçün müraciət edən aztəminatlı sakinləri dəstəkləyir. Soydaşımız bu mütərəqqi işləri ilə şəhər və rayon rəhbərliyinin rəğbətini qazanıb. Xalq Asəf Əliyevin vətənpərvərlik işlərini heç vaxt unutmayacaq. O, layiqincə Həştərxan vilayəti qubernatorunun təşəkkür məktubu, Xarabalinski rayonu administrasiyası rəhbərinin fəxri fərmanı, Həştərxan şəhər dumasının təşəkkür məktubu, Sasıkol kənd şurası administrasiyasının təşəkkür məktubu ilə təltif edilib. Qeyd edək ki, həmyerlimiz 21 noyabr 2025-ci ildə ad günü və orduya dəstəyinə görə ordenlə təltif olunub.
“Ehtiyacı olan insanlara kömək etməklə biz bu dünyanı daha yaxşı bir yerə çeviririk; onlara özümüzdən bir parça veririk. İnanıram ki, yaxşı işlər görməklə ilk növbədə özümüzə kömək edirik”, – deyə Asəf Əliyev vurğulayır. Xalqa və dövlətə xidmət – bu, onun missiyasıdır. Onun həyatı, xüsusilə vətənpərvər xarakteri başqaları ilə müqayisədə unikaldır. Vətən sevgisi, tolerantlığı, xeyirxahlığı, gendən gələn tərbiyəsi var. Ümumiyyətlə, yerli xalq və həmyerlilərimiz arasında onun nüfuzu çox böyükdür.
Azərbaycan xalqı öz qəhrəmanlarını, igid döyüşçülərini sayğı ilə yad edir. Çünki qəhrəman azərbaycanlılar daima Vətənin müdafiəsində olublar. Yeri gəlmişkən, Asəf Əliyev dəfələrlə Həştərxanda İkinci Dünya müharibəsi veteranlarına humanitar yardımlar edib. Həmçinin müharibə mövzunda tədbirlərin təşkilinə, kitabların təqdimatına dəstək göstərib.
Hər kəs öz kökünə bağlıdır. Asəf Əliyev də tarixi Vətənini – Azərbaycanı unutmur. Azərbaycan sevgisi ilə yaşayır. Bu gün onun Azərbaycan dövləti qürur duymağa haqqı var. Çünki o, qalib Azərbaycan xalqının övladı, Böyük Qələbənin layiqli varisidir.
Diaspornews.az olaraq Asəf Əliyevi doğum günü münasibəti ilə təbrik edir, ona yeni-yeni uğurlar arzulayırq!

































