image-2000x150
image-33eb16aa-6ec2-4b3a-ba70-082722d2dd75backend

Məmməd Əmin Rəsulzadə İstanbulda anıldı: Azərbaycan Cümhuriyyətinin 108-ci ildönümü

image-768x150

KİAMP-Karabakh is Azerbaijan Milli Platformu Türkiye Cumhuriyəti Baş Koordinatorluğu və onun nəzdindəki Qarabağ Azərbaycandır Koordinasiya Etmə Dərnəyinin rəhbərliyi ilə Azərbaycan Cümhuriyyətinin qurulmasının 108-ci ildönümü münasibətilə Türk Ədəbiyyatı Vəqfində əlamətdar bir konfrans keçirildi. “Mehmet Əmin Rəsulzadə” mövzusu ilə keçirilən akademik və elmi toplantı, Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq bağlarını bir daha vurğuladı.

Proqram, Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikasının istiqlal marşlarının oxunması ilə başladı. Ardından, vətən torpaqları uğrunda canlarından keçən əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bu duyğulu başlanğıc, iştirakçılara ortaq tarix və tale birliyini bir daha hiss etdirdi.
Konfransın açılış nitqini söyləyən KİAMP-Baş Koordinatoru Dr. Elvin Abdurahmanlı, Rəsulzadənin türk dünyası və Azərbaycanın müstəqillik mübarizəsindəki önəminə diqqət çəkdi.
Sultanahmetdəki Türk Ədəbiyyatı Vəqfində baş tutan tədbirə iş dünyası, akademiya, siyasət və incəsənət aləmindən önəmli şəxslər qatıldı:

* Ehtiyatta olan Biriqada Generalı Yörük Ali Aydın Paşa
* Ehtiyatta olan Palkovnik Doç. Dr. Abdullah Cüneyt Küsmez (İstanbul Yeni Yüzyıl Universiteti)
* Hanna Akyüz (İş Qadını)
* Eşref Koca (TURKKOM dərnək sədri)
* Muhammet Genç (Çepni Dərnəkləri Federasiyasının sədri)
* Sadi Özgül (Araşdırmaçı Jurnalist)
* Doç. Dr. Sönmez Abbaslı (akademik)
* Dr. Hande Ortay (Beynəlxalq Münasibətlər Akademiki – Video çıxış)
* İclal Akkaplan (TRT Türk Xalq Musiqisi Səs Sənətçisi)
* Mehnaz Rehimova (Şair)

Protokol çıxışlarından sonra keçirilən panel hissəsində Dr. Elvin Abdurahmanlı və Doç. Dr. Hayat Shamıyeva iştirak etdi. Dr. Elvin Abdurahmanlı paneldəki çıxışında Rəsulzadənin fikir dünyasını və Azərbaycanın müstəqillik yolunu akademik perspektivdən ətraflı şəkildə izah edərək, dövrün siyasi və sosial dinamikalarını əhatə edən qiymətli töhfələr verdi. Panelin moderatorluğunu isə İsa Guluzade və Shaylan Akhondnezhad etdi.
Akademik təqdimatlar və çıxışlarla Azərbaycanın müstəqillik ruhunun yaşadıldığı tədbir, iştirakçıların böyük marağı ilə başa çatdı. “Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarıyla yola çıxan Rəsulzadənin mirası, bu əlamətdar gündə bir daha İstanbuldan bütün dünyaya hayqırıldı.

image-0718b7a5-218a-4a75-bdac-c414df585297 image-d34dd419-a9f4-4a96-bec7-f18193561fc5 image-e22fc770-34df-41c1-b0d0-381052630db6 image-c6110875-b5f5-492b-bb52-94383f11d138 image-8c4eb0fb-3dff-4cdf-a6d3-fc3aef822b94

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki