image-2000x150
image-img_20220320_185308backend

Saloniki Azərbaycan Evində soydaşlarımızla görüş keçirilib

image-768x150

Yunanıstanın Saloniki şəhərində fəaliyyət göstərən Azərbaycan Evində soydaşlarımızla görüş keçirilib.

Bu haqda Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

“QALA” Yunanlıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan görüşdə Azərbaycan, Türkiyə, Pakistan və digər icmaların, yerli ictimaiyyətin nümayəndələri, iş adamları və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Görüş zamanı soydaşlarımızın Salonikidə və Yunanıstanda fəaliyyət istiqamətləri, həyata keçirdikləri layihələr barədə ətraflı məlumat verilib. Azərbaycanda və dünyada baş verən proseslər, diasporumuzun fəaliyyətinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.

Tədbir çərçivəsində soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələri Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramına müsahibələr veriblər. Müsahiblər sıx əməkdaşlıq etdikləri “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin Azərbaycan həqiqətlərinin təbliğ olunması istiqamətində fəaliyyətini təqdir etdiklərini bildiriblər.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki