Ömrünün 81-ci ilində bizi tərk edib haqq dünyasına qovuşdu.
Əzəmətli, qürurlu, sevgi dolu, təvazökar,səmimi alim ömrü, şair ömrü yaşadı.
Alimlər yetirdi, tələbələr öyrətdi, əsərlər yazdı və heç kəsi özünə borclu hesab etmədi.
Şeirlər yazdı, şan şöhrətdə gözü olmadı.
Hamı kimi yaşadı amma heç kəsə bənzəmədi.
Təsəllimiz odur ki, haqqında düşündüklərimizin bir qismini ona sağlığında çatdıra bildik. Mən yubileyini bir şeirlə təbrik etmişdim, Nəsir müəllim də şeirlə cavab vermişdi.
Həmin şeirləri sizə təqdim edirəm:
Rafail Qəribli
Rusiya