image-2000x150
image-received_392638813005168backend

Nəriman Nərimanov nəslinin davamçısı Frəngiz Bağırova xatirə muzeyində olub

image-768x150

 Avqustun 22-də görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanovun əmisi nəticəsi, bəstəkar-müğənni, Azərbaycan–Niderland “Odlar yurdu” Cəmiyyətinin sədri Frəngiz Bağırova Nərimanovun Bakıdakı Xatirə Muzeyində qonaq olub. O, anası Elmira Dadaşova, kiçik qızı Nərgiz Muradova muzeyin direktoru Kamilə Hüseynova ilə maraqlı söhbət etdikdən sonra xatirə şəkli çəkdiriblər.

Muzeyin adından Frəngiz Bağırovaya kitablar hədiyyə olunub. Kəmilə Hüseynova Nəriman Nərimanovun yazdığı “Bahadır və Sona” kitabını Frəngiz Bağırovaya hədiyyə edərkən, kitabın ön səhifəsində bu sözləri yazıb: “Nərimanov nəslinin layiqli nümayəndəsi, Nərimanovun əmisi nəticəsi Frəngiz xanıma ən xoş arzularla”.
Sonda Frəngiz Bağırova muzeyin “Xatirə kitabı”nda öz ürək sözlərini yazıb.
Onu da qeyd edək ki, Frəngiz Bağırova bu ilin aprel ayında Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında iştirak edib. O, Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi”, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən isə “Diaspor fəaliyyətində xidmətə görə” medalları ilə təltif edilib.

image-received_2212796765545462

image-received_476956640563747

Diaspornews.az

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki