image-2000x150
image-6b924a4e-3e09-42f4-861a-8d71d09adc58backend

Diaspor üzvləri Sidneydə baş verən terror aktında ölənlərin xatirəsini anıblar

image-768x150

Xəbər verildiyi kimi, Hanuka bayramı zamanı Sidney şəhərində baş vermiş amansız terror aktı nəticəsində 15 nəfər həyatını itirmiş, onlarla insan yaralanaraq xəstəxanalarda müalicə olunmuşdur.

Hadisə yerinə Avstraliya Azərbaycan Assosiasiyası (AAA)-nın nümayəndəsi Mikayil Oyta, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri Sara Azarsun xanım, Qalipoli Yaşlılar Evinin müdiri Dr. Abdulrehman, Kuzey Kipr Türk Cümhuriyyətinin NSW İyalət Assosiyasının prezidenti Müge xanım və Türk Assosiyasının prezidenti Mehmet Evin bəy gedərək başsağlığı vermiş və terror aktına qarşı nifrətlərini ifadə etmişlər.

Qonaqlar vurğulamışlar ki, bu ölkədə bir-birimizdən fərqli millətlərə mənsub olsaq da, belə cinayətləri törədənləri ayırmaq mümkün deyil və insan həyatının qorunması hər birimizin prioritetidir.

image-0912949e-643e-4e2f-9806-643b74391082

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki