image-2000x150
image-nnnnnnnnnnnbackend

Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresi sədrinin doğum günüdür

image-768x150

Bu gün Ukraynanın Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin sədri, tanınmış diaspor üzvü Nəcəf Əhmədovun doğum günüdür. Xatırladaq ki, Nəcəf Saday oğlu Əhmədov 29 iyul 1970-ci ildə Azərbaycan Respublikasının Ağcabədi rayonunun Avşar kəndində anadan olub. 1987-89-cu illərdə Ukraynada hərbi xidmətdə olub. Daha sonra Dnepropetrovsk Dövlət Texniki Universitetini bitirib. 30 ildən artıqdır diaspor işində aktivdir. 2016-ci il 3-4 iyul tarixində Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının iştirakçısı olub. 2018-ci ilin martında Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri seçilib.

Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə verdiyi töhfəyə görə 26 dekabr 2020-ci ildə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub.
Nəcəf Əhmədovun rəhbərliyi və təşkilatçılığı ilə Azərbaycanla bağlı Dnepropetrovsk vilayətində saysız tədbirlər keçirilib. Ayrıca, onun dəstəyi ilə Azərbaycanın və Ukraynanın bütün əlamətdar günləri qeyd olunur.

Bu gün Ukraynada müharibə olmasına baxmayraq Nəcəf Əhmədov öz aktivliyini davam etdirir. Eyni zamanda müharibəyə maddi və mənəvi dəstəyini əsirgəmir.

“Diaspornews.az” olaraq Nəcəf Əhmədovu doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı və işlərində müvəffəqiyyətlər arzu edirik!

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki