“Bu gün Şuşada keçirilən Dünya Azərbaycanlılarının V qurultayında cənab Prezident İlham Əliyev heyranerdici cümlələr ilə çox gözəl çıxış etdi.” Bu sözləri Olaylar.az-a Şuşada keçirilən Dünya Azərbaycanlılarının V qurultayında iştirak edən Pakistan-Rumıniya Dostluq Cəmiyyətinin prezidenti, fəal diaspor üzvü Şəhla İsayeva deyib: “İlham Əliyevin çıxışında diqqətimi çəkən əsas mövzu Azərbaycanın milli adət-ənənələrini, Azərbaycan mətbəxini dünya ictimaiyyətinə tanıtmaq haqqında söylədikləri idi. Xaricdə Azərbaycan mətbəxinin inkişaf etdirilməsi, milli yeməklərimizin dadını bütün dünyaya çatdırmaq sahəsində Prezidentin çıxışından sonra məndə də bu sahədə bir addım atmaq istəyi yarandı. Düşünürəm ki, mən də Pakistanda Azərbaycan mətbəxini tanıtmaq üçün bir sıra addımlar atım. Qurultayda Azərbaycan diasporasının təbliğatı və hər birimizin xarici ölkələrdə Azərbaycanı tanıtmaq üçün əlimizdən gələni etməyimiz haqqında söylədikləri hər kəsin əsas diqqət etdiyi mövzu idi. Cənab Prezidentin bu çıxışı bizim hər birimizdə ruh yüksəkliyi yaratdı .
Biz bu qurultaydan əlavə olaraq Şuşanı gəzdik . Adam vətəndən kənar yaşayanda vətənin qədrini daha çox bilir. Mənim üçün Şuşanı 30 il çəkən işğaldan sonra gəzmək, görmək çox qürurverici bir hiss idi. Ermənilərin etdiyi bu vəhşilikləri, şəhərə vurduqları ziyanı öz gözlərimizlə gördük . Düşünürəm ki, bir daha Şuşaya gəldiyimizdə Şuşada şəhər quruculuğu , infrastruktur layihələri , tarixi abidələrimizin yenidən bərpası və bir çox sahədə dəyişiklik görəcəyik.”