image-2000x150
image-img_20221006_211929backend

Kaluqanın azərbaycanlı icması humanitar yardım aksiyasında iştirak edib

image-768x150

Oktyabrın 5-də Rusiyanın Kaluqa şəhərindəki Azərbaycan diasporu Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyasının dəstəyi ilə Donbass sakinlərinə humanitar yardım göndərib.

Kaluqa Vilayəti Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri Əbülfət Qurbanovun sözlərinə görə, paylayıcı mərkəzə yük maşını ilə 900 min rubl dəyərində olan bir ton yarım ərzaq və sənaye malları göndərilib: “Bu mərkəzə dünyanın hər yerindən humanitar yardımlar göndərilir. Orada ərzaq məhsulları ayrı-ayrı bağlamalarda çeşidlənir və daha sonra Donbasa daşınır.
Yüklərin yarıdan çoxunu uşaq və böyüklər üçün qış geyimləri və ayaqqabıları, ev və idman kostyumları, həmçinin dənli bitkilər, makaron, şəkər, çay, qatılaşdırılmış süd və zəruri mallar təşkil edir”.

image-20-57-03-1664998550_1

image-20-57-07-1664998588_4

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki