image-2000x150
image-img_20220920_151456backend

Kirov vilayətindəki diaspor rəhbərinin doğum gündür

image-768x150

Bu gün Rusiya Federasiyasının Kirov vilayətində fəaliyyət göstərən “Birlik” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Osman Alıyevin doğum gündür. Xatırladaq ki, Alıyev Osman Kərəm oğlu 19.09.1977-ci ildə Qərbi Azərbaycanın Əzizbəyov rayonunun Gomur kəndində anadan olub. 1988-ci ildə ailəsi məcburi qaçqın düşüb Naxçıvana gəliblər. Osman Alıyev isə iki il Şuşadakı “İskra” lagerində yaşayıb. Bu illər ərzində Şuşada 3 saylı orta məktəbdə təhsil alıb. Sonradan Naxçıvana ailəsinin yanına qayıdıb.

Osman Alıyev 1993-cü ildən Kirov şəhərində yaşayır. 2019-cu ildə Kirov vilayətindəki soydaşlarımız tərəfindən “Birlik” Azərbaycan Mədəniyyət Mərkəzinə sədr seçilib. O, bu az müddətdə diaspor rəhbəri olaraq Kirov vilayətində Azərbaycan mədəniyyətini layiqincə tanıdıb və təqdim edib. Mütəmadi olaraq Kirovda Azərbaycanının əlamətdar günlərini layiqli şəkildə qeyd edilir. Həmçinin umumşəhər mədəni tədbirlərdə, festivallarda, simpoziumlarda müsabiqələrdə, müxtəlif bayram sərgilərində və konfranslarda mütəmadi iştirak edir. Onun təşəbbüsü və rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Kirov vilayətindəki soydaşlarımız həmrəylik nümayiş etdirərək Azərbaycan ordusuna yardım göndərib. Vətən müharibəsindən sonra şəhid və qazi ailələrinə də Kirovdakı soydaşlarımız yardımlar ediblər.
Osman Alıyev Rusiyadakı diasporumuzun birliyi və həmrəyiəliyi istiqamətidən keçirilən tədbirlərdə də fəal iştirak edir.  O, bu günlərdə Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyasının (MAAR) Məşvərət Şurasının üzvü olarsq Kaluqa vilayətində rəsmi səfərdə olub.
“Diaspornews.az” olaraq Osman Alıyevi 45 yaşı  tamam olması münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı və işlərində müvəffəqiyyətlər arzu edirik!

image-12-29-07-1663490671_25

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki