image-2000x150
image-received_352981640014670backend

Kiyev küçələrində Xocalı soyqırımından bəhs edən lövhələr quraşdırılıb

image-768x150

“Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Ukrayna Azərbaycanlıları Radasının təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə Kiyevin mərkəzi küçələrində Xocalı soyqırımından bəhs edən reklam lövhələri quraşdırılıb.

Bu haqda UAR-dan “Diaspornews.az”a məlumat verilib.

Reklam lövhələrinin quraşdırılmasında məqsəd Ukrayna ictimaiyyətinə və xarici vətəndaşlara Xocalı soyqırımı haqqında məlumat verməkdir.

“İnanırıq ki, bu hadisələrin hüquqi tanınması prosesi davam edəcək və Ukrayna parlamentariləri də Xocalı faciəsini Azərbaycan xalqının soyqırımı aktı kimi tanıyacaqlar”,-deyə UAR-ın məlumatında bildirilib.

image-received_480771030359979

image-received_7046544245417844

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki