image-2000x150
image-img-20231104-wa0032backend

Murmanskda keçirilən sərgidə Azərbaycan təmsil olunub

image-768x150

Ötən gün Murmansk vilayətində, Rusiya Federasiyasının müxtəlif xalqlarının sərgiləri olmuşdur. Murmansk Vilayəti İctimai Təşkilatı “Azərbaycan Mədəniyyət Mərkəzi”nin sədri Afil Hüseynov və sədr müavini Mehdi Fəyyazlı Azərbaycan mədəniyyəti və tarixi haqqında ətraflı məlumat vermişlər.

“Murmansk Vilayəti İctimai Təşkilatı “Azərbaycan Mədəniyyət Mərkəzi” adından hamınızı “Rusiya birliyi günü” münasibətilə səmimi qəlbdən təbrik edirəm! Sizə uzun ömür, cansağlığı və xoşbəxtlik arzulayıram!” – deyə Afil Hüseynov çıxışında bildirmişdir.

Həmçinin dahi Azərbaycan şairi Səməd Vurğunun “Azərbaycan” adlı şeirini Mehdi Fəyyazlı Azərbaycan və rus dillərində səsləndirmişdir.

 

image-img-20231104-wa0034

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki