Belarusun Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.
Təbrik məktubunda bildirilir: “İcazə verin Sizi doğum gününüz münasibəti ilə ürəkdən təbrik edək!
Sizin Ümümmilli liderimiz, öndərimiz Heydər Əliyevin müəyyən etdiyi yolla Vətənimizin
çiçəkləndirilməsi sahəsində əvəzsiz fəaliyyətiniz və xidmətiniz nəticəsində Azərbaycanın
müstəqilliyi və dövlətçiliyi son dərəcə möhkəmlənmiş, ölkəmizin iqtisadiyyatı inkişaf etmiş, xalqımızın rifahı artmışdır.
Bütün Azərbaycan xalqı Sizin 44 günlük zəfərli Vətən müharibəsində əvəzsiz rolunuza dərin hörmətlə yanaşır. Siz milyonlarla azərbaycanlının gözünə nur qaytardınız.
Sizi əmin etmək istəyirik ki, biz azərbaycanlıların tarixi Vətəni ətrafında sıx birləşməsinə, ölkəmizin adının daha da yüksəldilməsinə yönəlmiş siyasətinizi yüksək qiymətləndirir, bu
müqəddəs məqsədə daimi sadiq olacağımızı bir daha bəyan edirik.
Bir daha Sizi doğum gününüz münasibəti ilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, ailə səadəti, xoş əhval-ruhiyyə, Azərbaycanın rifahi və çiçəklənməsi naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər diləyirik”.