image-2000x150
image-img-20220311-wa0046backend

Niderlandda azərbaycanlı rəssama yubiley tədbiri keçirilib

image-768x150

Niderland Krallığında belə bir adət var. Bir müəssisədə 12,5 il işləmiş hər bir işçiyə bayram abu-havalı tədbir keçirirlər. Bu gün bu münasibətlə Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədr müavini, tanınmış rəssam Rasim Hüseynovla bağlı dərs verdiyi SintLucas Collegində holland ənənəsinə uyğun olaraq yubiley təltifi keçirilmişdir.

Bu haqda BAK-ın mətbuat katibi Gülnarə Əliyeva saytımıza məlumat verib.

O deyib ki, işlədiyi bu müddət ərzində Rasim müəllim 2000-ə yaxın tələbəsinə gözəl şəkildə rəssamlığın sirrlərini öyrədərək, tələbələrinin və həmkarlarının rəğbətini qazanmışdır: “Özünün Azərbaycan sevgisini dərs verdiyi tələbələrə, həmkarlarına və ətrafındakılarına elə aşılamışdır ku, onlar xalqımızın başına gələnləri, Azərbaycanın tarixinə və müasir həyatına aid bütün bilgilərə malikdirlər.
O, öz simasında Niderlandda Azərbaycanı layiqli şəkildə təqdim edən, əsl mənada vətənpərvər bakılılarımızdandır.
Yeni nəsil, Azərbaycan ruhlu, Niderland rəssamlarının yetişdirməsində sizə uğurlar arzulayırıq, hörmətli Rasim müəllum!
Bu şərəfli işdə həmişə var olun”

image-img-20220311-wa0045

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki