image-2000x150
image-img_20230211_202312backend

Niderlandda diaspor fəalının doğum günü qeyd edilib

image-768x150

Uzun illər boyu Azərbaycan diasporunun fəal üzvü olan Sima Cəfərova öz ad gününü qeyd etmişdir.

Benilüks Azərbaycanlıları Konqresinin yarandığı gündən sədr müavini kimi, bir çox tədbir və toplantılar təşkil etmişdir.

BAK-ın keçirdiyi
İclas və aksiyalarının yönləndiricisi olmuşdur.

Diaspor fəalı kimi Xocalı Soyqırımı, Qarabağın işğalı və məkanından asılı olmayaraq Vətənimizin haqqlarını müdafiyə edən aksiya və mitinqlərin fəal iştirakçısı olmuşdur.

Hələ Azərbaycanda yaşadığı illərdə pedaqoji fəaliyyətinin Niderland Krallığında da davam etdirmişdir.

Belə ki, burada açılan ilk Amsterdam həftəsonu məktəbinin təşkilatçısı və direktoru olmuşdur. O, bu məktəbi uzun illər idarə edərək, çoxlu şagirdlər yetişdirmişdir. Öz doğma dil və mədəniyyətinin qorunub saxlanmasına görə həmin gənclər, özlərini Sima Xanıma borclu bilirlər.

Cənublu soydaşlarımızlarla radiodalğalardan Doğma dilimizin qrammatika təhlilinə dair tədris proqramında çıxış etmişdir.

Dahilərimiz Nizamı, Nəsimi, Müşfiq və digərlərinin yaradıcılıq gecələrinin, Azərbaycanın yarandığı zamandan indiyə qədər mövcud olmuş Bayraq tariximizdən, 31 Mart xalqımızın Soyqırım günü münasibətilə tədbir və konfranslara imza atmışdır.

Niderlandda və Avropada Qərbi Azərbaycanlıları müdafiə edəcək bir qurumun yaradılmasında müstəsna xidməti olmuşdur.

Avropada yaşayan Qərbi Azərbaycanlıların haqq səslərinin ucalması, həmin torpaqların, bir zamanlar, Azərbaycan ərazisi olduğunu sübuta çatdırmağı özünə borc bilərək indi də, bir çox işlər görməkdədir.

Bütün bunlarla yanaşı, öz pedaqoji fəaliyyətini də davam etdirərək, “Körpə Fidanlar” musiqili uşaq teatrını təsis etmişdir.
Zəfər bayramımız, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Xalqımızın digər əlamətdar bayramlarında şövqlə konsert proqramı ilə çıxış edən Körpə Fidanlar, artıq burdakı həmvətənlərimizin rəğbətini qazanmışdı.

Gələcək tədbir, konfrans və musiqili proqramların keçirilməsi planlaşdıran Sima xanım, hər zaman öz işinə məsuliyyətli və kreativ yanaşır.

Bütün bu işlərin müqabilində,Sima Xanım Cəfərova Diaspor Komitəsi tərəfindən 2020-ci ildə “Diaspor fəaliyyətinə görə” medalı ilə təltif olunmuşdur.

Sima Cəfərovanı, bütün BAK kollektivi və Niderland Krallığında yaşayan həmvətənlərimiz adından təbrik edir, ona möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayırıq.

image-save_20230211_202104

image-save_20230211_202117

BAK mətbuat xidməti

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki