Niderlandın Rotterdam şəhərində fəaliyyət göstərən “Life24” televiziya kanalının Can Azərbaycan proqramı 26 iyun Silahlı Qüvvələr Gününə həsr edilmiş yayım hazırlamışdır.
Proqramın qonaqları Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov və sədr müavini, tanınmış rəssam Rasim Hüseynov idi.
Silahlı Qüvvələrin şücaət tarixinə, Ordumuzun qazandığı Şanlı Zəfər mövzusuna nəzər salan qonaqlar şəhidlərimizin əziz ruhlarını yad edib, qazilərimizə sağlıq dilədilər.
Vətənimizin ağır və keşməkeşlı dövrlərini yada salıb Ordumuzun Cəsurluğu və Ali Baş Komandanımızın müdrik siyasətindən qaynaqlanan Zəfərimiz və 44 günlük Müharibə qonaqların əsas söhbət mövzusu oldu.
30 illik Qarabağ həsrəti Rasim müəllimin əsas yaradıcılıq mənbəyinə çevrilmişdir. Öz əsərləri ilə ruhi və mənəvi təmas yaradan Rasim müəllim Azərbaycan mineatür sənətindən, milli xalça rəng çalarlarından ilham alaraq sənətinə bir sehr qatmışdır. 6000 dən çox tələbəsinə aşıladığı Azərbaycana sevgi ruhunda dərs verməyi, Rasim müəllimin həyat prinsipinə çevrilmişdir.
BAK ın 16 illik fəaliyyətinə nəzər salan Elsevər bəy burada etdikləri xeyriyyəçi işlər barədə danışdı. O, 44 günlük Vətən müharibəsində Niderlandda fəaliyyət göstərən Türk icmaları ilə birləşərək ölkəmizə göstərdikləri maddi və mənəvi dəstəkdən söz açdı.
Azərbaycan Diasporunun son illərdəki uğurlu fəaliyyəti, xaricdə fəaliyyət göstərən qurumlara əvəzsiz dəstəyini vurğuladı.
Müzakirə Mövzusu eləcə də, Şuşada Keçirilən V Zəfər Qurultayındanda oldu.
Maraqlı məqamlara toxunan aparıcı Kəmalə xanım, öz sualları ilə söhbəti daha da unudulmaz etdi.
Dəvətə görə, Benilüks Azərbaycanlıları Konqresi, Kəmalə xanıma və Life24 kanalının rəhbərliyinə dərin təşəkkürlərini bildirir.
Proqramı ətraflı olaraq Youtube kanalında izləyə bilərsiniz.
BAK mətbuat katibi
Gülnarə Əliyeva