Rusiya Federasiyasının Stavropol diyarının Pyatiqorsk şəhərində Ukraynanın Donbas və əsasən Mariupol şəhərlərindən olan qaçqınlara yardım aksiyası keçirilib.
“Diaspornews.az“ xəbər verir ki, yardım aksiyası “Araz” Pyatiqorsk Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti təşkil edib.
Yardım Pyatiqorsk şəhərində yaşayan azərbaycanlılar tətəfindən həyata keçirib. Tədbirdə Pyatiqorsk şəhərininin dumasının başçısı Paxilko Lyudmila və onun müavini Marşalkin və s. iştirak ediblər. Yardım əsasən alt və üst geyimləri, uşaq arabaları, ayaqqabılar, meyvələr, şirniyyatlar, nəhayyət su – şirələrdən ibarət olub.
“Araz” Pyatiqorsk Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalov yardım edən hər kəsə təşəkkür edib.