image-2000x150
image-img_20220708_093751backend

Ramiz Məmmədov: “Dövlət Komitəsi ilə gələcəkdə səmərəli və uğurlu əməkdaşlığa ümid edirik”

image-768x150

Leninoqorsk vilayətində yaşayan azərbaycanlılar yaradılmasının 20 illiyi münasibətilə Dövlət Komitəsini təbrik ediblər

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Leninoqorsk şəhərində fəaliyyət göstərən “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Birliyi yaradılmasının 20 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.
İctimai Birliyin sədri Ramiz Məmmədov tərəfindən Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda bildirilib: “İcazə verin, ilk növbədə, Sizə hörmət və ehtiramımı bildirərək, şəxsən Sizi və rəhbərlik etdiyiniz idarənin bütün kollektivini qarşıdan gələn yubiley tarixi – Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə təbrik edim.
Artıq uzun illərdir ki, Sizin dəstəyiniz və Dövlət Komitəsinin əməkdaşlarının peşəkarlığı sayəsində xaricdəki Azərbaycan diaspor təşkilatlarının dəstəklənməsinə və inkişafına yönəlmiş layihələr və tədbirlər uğurla həyata keçirilir.
Rusiya Federasiyası Tatarıstan Respublikasının Leninoqorsk vilayətində yaşayan azərbaycanlılar xaricdə yaşayan soydaşlarımıza diqqətinizə görə Sizin və rəhbərlik etdiyiniz qurumun Azərbaycan xalqının rifahı naminə apardığınız fəaliyyətə görə Sizə minnətdarlıqlarını bildirirlər. Gələcəkdə səmərəli və uğurlu əməkdaşlığa ümid edirik!
Sizə və Dövlət Komitəsinin bütün kollektivinə bundan sonra da uğurlar və firavanlıq, yeni layihələrin həyata keçirilməsini arzulayırıq”.

image-img_20220708_094634

 

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki