image-2000x150
image-461fcc36-2c2b-4a0e-855d-cf840142fd13backend

Ramiz Məmmədov Prezidenti təbrik edib

image-768x150

Tatarıstan Respublikasının Leninoqorsk şəhəri və Leninoqorsk vilayətində “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri Ramiz Məmmədov adından Prezident İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlanıb.

“Diaspornews.az” təbrik məktubunu olduğu kimi təqdim edir:

“Tatarıstan Respublikasının Leninoqorsk şəhəri və Leninoqorsk vilayətində “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatı adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə səmimi təbriklərimizi qəbul edin.

İllərdir apardığınız uğurlu xarici və daxili siyasət bu gün də öz bəhrəsini verməkdədir. Azərbaycan sürətlə inkişaf edir və yüksək nüfuz və hörmət qazanaraq beynəlxalq aləmdə layiqli yer tutmuşdur.

Sizin nüfuzunuz sayəsində Azərbaycan Respublikası Rusiya Federasiyası və xüsusilə Tatarıstan Respublikası ilə qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığı genişləndirməkdə davam edir. Qardaş xalqlarımız arasında dostluq və qarşılıqlı etimad mühiti yaranıb, respublikalar arasında təkcə iqtisadi deyil, həm də humanitar sahədə əməkdaşlıq qurulub.

Həmişə sizinlə qürur duyacaq Azərbaycan xalqının fəxrisiniz!

Bütün qəlbimlə sizə və yaxınlarınıza cansağlığı, yaxşı əhval-ruhiyyə və uğurlar arzulayıram”.

image-608074e9-56e6-4157-a698-348ab2621d11

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki