image-2000x150
image-img_20220207_182842backend

Rusiyada diaspor təşkilatı sədri Əli Kazımovun doğum günüdür

image-768x150

Fevralın 7-si gözəl bir insanın, “Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti” ictimai təşkilatının sədri Kazımov Əli Əliağa oğlunun doğum günüdür. Xalqımızın xətənpərvər oğlu, nümunəvi ailə başçısı, rəğbət göstərilən diaspor rəhbəri olan Əli Kazımov 1975-ci ildə Azərbaycanın Hcıqabul rayonundan, çoxuşaqlı ailədə doğulub, gözəl valideynlərindən layiqli tərbiyə alıb. Əli Kazımov üçün Rusiya ikinci Vətənə çevrilib. Moskva şəhər Qərb İnzibati Dairəsinin Oçakovo-Matveevskoe rayonunda ailə qurub, əmək fəaliyyətinə başlayıb.  Orada ali təhsilini Rusiya Vəkillik və Notariat Akademiyasında alıb. Dörd gözəl övladdan ibarət böyük bir ailəsi var.  İnsanlar ona məsləhət, dəstək üçün müraciət edirlər. Əli müəllimin istənilən çətin vəziyyətdə olan insana əlindən gələni edir. Səbəbsiz deyildi ki, onun ətrafında Rusiyanı və Azərbaycanın tarixi vətənini həqiqətən sevən mehriban vətənpərvər diaspor toplaşıb.

O, 2017-ci ildən Moskva şəhər Qərb İnzibati Dairəsicini  Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti” ictimai təşkilatına rəhbərlik edir. Bütün bu illər ərzində fəal şəkildə müxtəlif tədbirlər, dəyirmi masalar, xeyriyyə tədbirləri keçirib. Sovet İttifaqı Qəhrəmanları Həzi Aslanov (bir küçəyə və bir metrostansiyayanın onun adının verilməsi təşəbbüsü ilə çıxış edib) Qafur Məmmədovun, Böyükağa Mehdiyevin xatirələrinin əbədiləşdirilməsi ilə bağlı tədbirlər keçirib. Qohumlarını itirmiş insanları axtaranlara dəfələrlə dəstək olub.
Qeyd edək ki, onun hər iki babası: Kazımov Əliağa Kazım oğlu və Əlicanov Ataş Miriş oğlu 1941-45-ci illər Böyük Vətən müharibəsi iştirakçıları olublar.  Qardaşı Əliheydər Kazımov isə 1-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olub. Bakıda qardaşının müəllim olaraq çalışdığı məktəb bu gün onun adını daşıyır.
“Diaspornews.az” olaraq Əli Kazımovu təbrik edir və ona cansağlığı, uzun ömur,   xoşbəxtlik, ailə səadəti, bütün planlarının həyata keçirilməsi, daha da böyük yaradıcılıq uğurları arzulayırıq. Tanrı onu oğulları, qızı və ilk nəvəsinin uğurları ilə sevindirsin!

image-img-20220207-wa0049image-img_20220207_173109

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki