image-2000x150
image-img_20220310_101352backend

Volqaqradda keçirilən avtoyürüşdə soydaşlarımız da iştirak edib

image-768x150

Martın 6-da Rusiya Federasiyasının Volqaqrad şəhərində “Özümüzünküləri atmırıq” avtoyürüşü keçirilib. Yürüşün dörd yüzə yaxın iştirakçısı 170 avtomobillə əfsanəvi Stalinqrad-Volqoqrad “Pavlov evi”nə toplaşaraq Vətənə sevgilərini nümayiş etdiriblər. Yürüşdə Volqaqraddakı diasporumuz da Azərbaycanın dövlət bayraqları ilə bəzədilmiş avtomobillərlə iştirak ediblər.

Bu haqda “Diaspornews.az”a Volqaqrad Regional Rusiya-Azərbaycan Dostluğu İctimai Təşkilatının sədr müavini Bəhram Əhmədov məlumat verib.
O bildirib ki, Volqaqrada vilayətinin Millətlər və qazaxlarla iş üzrə komitəsi ilə birgə bu yürüşə qatılıblar: “Fevralın 22-də Moskvada Prezident İlham Əliyev və Prezident Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin imzalanması iki dövlət arasında əlaqələrin güclənməsi üçün yeni mərhələnin başlanğıcıdır. Bizim də edə biləcəyimiz minimum şey bu yürüşə qatılıb vətəndaş mövqeyimizi bildirmək, dövlətə mənəvi dəstəyimizi göstərməkdir. Biz hamımız mülki əhali üçün narahatıq. Tezliklə bu münaqişənin sülh ilə bitməsini arzu edirik.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki