image-2000x150
image-img_20220923_004753backend

Azərbaycan Kyokuşin Karate Federasiyasının nümayəndə heyəti Polşada diasporumuzla görüşüb

image-768x150

Polşada yaşayan diaspor üzvləri bu ölkədə səfərdə olan Azərbaycan Kyokuşin Karate Federasiyasının nümayəndə heyəti ilə görüşüb.

Bu haqda “Diaspornews.az”a Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli məlumat verib.

“Bu gün idmançılarımızla görüşümüz baş tutdu. Nümayəndə heyətini hava limanında qarşıladıq, kiçik Varşava turundan sonra söhbət etməyə də vaxtımız oldu. İdmançılarımızın ruh yüksəkliyi və fiziki hazırlığı tam qaydasındadır. Çempionatda yüksək nəticələr əldə edəcəyimizə və idmançılarımızın vətənə qələbə ilə dönəcəyinə inanırıq.
Polşada yaşayan azərbaycanlılar olaraq idmançılarımızın yanındayıq və çempionatda uğurlar arzu edirik”,- deyə Fərid Cəfərli bildirib.
Xatırladaq Nümayəndə heyətinə Azərbaycan Kyokuşin Karate Federasiyanın prezidenti, Əməkdar Məşqçi Allahverdi Rüstəmov rəhbərlik edir. 24-25 sentyabr 2022-ci il tarixdə Polşada Şinkyokuşin çəkilər üzrə 7-ci dünya çempionatı keçiriləcək. Allahverdi Rüstəmov çempionatda hakim qismində çıxış edəcək.
Çempionatda ölkəmizi 85 kq çəki dərəcəsində Səlahət Həsənov, 60 kq çəki dərəcəsində isə Solmaz Zeynallı təmsil edəcəkdir.

image-img_20220923_004810

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki