image-2000x150
image-qqqqqbackend

Krasnoyarsk azərbaycanlıları: Tamerlan Hüseynov

image-768x150

Rusiyanın Krasnoyarsk diyarında da müxtəlif sahələrdə öz nailiyyətləri ilə seçilən tanınmış gənc azərbaycanlılar var. Planetinfo.az oxuculara Krasnoyarskda yaşayan gənc idmançı Tamerlan Samir oğlu Hüseynovun nailiyyətlərini təqdim edir.
Tamerlan Hüseynov Krasnoyarsk diyarı və Sibir Federal Dairəsinin qrepplinq üzrə çempionudur. Tamerlan 5-ci sinifdə oxuyur. 7 yaşından bəri güləşlə məşğul olur. Gənc yaşlarında bu idman növündə əla nəticələr əldə edib. Şəhər və regional sərbəst güləş turnirlərinin qalibi və ikinci yeri tutub.
Qrepplinq üzrə Krasnoyarsk diyarı çempionudur. Sibir Federal Dairəsinin qrepplinq üzrə çempionu, Rusiya Çempionatına vəsiqə qazanıb.
Sıx idman qrafikinə baxmayaraq, Tamerlan məktəbdə yaxşı oxuyur və məktəb olimpiadalarında və yarışlarında iştirak edir.
Xaricdə yaşayan belə istedadlı gənclər Azərbaycan xalqının qürurudur.



image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki