image-2000x150
image-2fb5aaa2-1f32-4eb3-8efb-a5024ac36eabbackend

“Heydər Əliyev: dövrün strateji irsi-millətin qəlbi“

image-768x150

Rusiyada Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev: dövrün strateji irsi-millətin qəlbi” (“Гейдар Алиев – Стратег Эпохи, Сердце Нации”) adlı qısametrajlı sənədli portret filmi hazırlanıb.

Diaspornews.az xəbər verir ki, film, onun respublikaya və xalqa göstərdiyi böyük əməlləri, milli birliyi qoruyub saxlayaraq Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizəni, habelə xalqın sevgisinin simvolu olduğunu əks etdirir.

Bu əsər Xurşidfilm kinostudiyasının təsisçisi və rəhbəri Elnurə Cəbrayılovanın rəhbərliyi altında hazırlanıb. Filmin quruluşçu rejissoru və ssenari müəllifi Elnurə Eldarqızı, 2023-cü ildə Heydər Əliyev ilində böyük ehtiramla bəstələnmiş mahnının söz müəllifinin Leyla Əliyevaya məxsus olduğunu vurğulayır. Mahnının musiqisi İranda yaşayan Azərbaycanlı bəstəkar Məhəmməd Rzay tərəfindən bəstələnmişdir.

Ssenarinin hazırlanması və filmin quruluşunda 2 ay davam edən intensiv işlər yerinə yetirildi. Hazırlanan materiallara güvənərək, bu filmin layiqli nümayiş etdirilməsinə çalışıldı. Ancaq xarici ölkədə yerləşən mədəniyyət evinə müraciət edildikdə, oradan çəkiliş yardımı biganəliyi ilə qarşılandı. Səfirlikdən icazənin alınması vacib olduğu söylənsə də, Elnurə Eldarqızı bildirib ki, bunun üçün səfirliyin icazəsi lazım olmadığı məlumatına əsasən bilgisi var.

“İstəsəydilər, mədəniyyət evi materiallar üçün dəstək göstərə bilərdi. Film Ulu Öndərin anım gününə ehtiram məqsədilə çəkildiyini bildirmişdim müavinə. Ancaq biz yenə də əlimizdə olan materiallara güvənərək, filmin nümayişinə çalışdıq. Material baxımından məhdudiyyətlərlə üzləşdik, amma bu əsər tam orijinal və eksklüziv xarakter daşıdığından dünyada daşınmaz bir memarlıq əsəri kimi iz qoyacaqdır.”

Filmin heyrətamiz tərzində quruluşu və mahnısı Heydər Əliyevin xatirəsi və xalqa göstərdiyi xidmətləri abidəvi formada canlandırır. Film indiki vaxtdan etibarən mövcud mədəniyyət platformalarında geniş şəkildə paylaşılacaq və tamaşaçıların diqqətinə təqdim olunacaq.

Hal hazırda teleqram kanalında izləyə bilərsiniz:https://t.me/xurshidfilm/47

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki