image-2000x150
image-c56c5ee8-98d8-4a33-9c59-b02525651b7dbackend

Sidneydə 30 Avqust –Türkiyənin Zəfər Bayramı tədbir keçirilib- Video

image-768x150

Bu gün 30 Avqust – Türkiyənin Vətən müharibəsində işğalçılara qarşı qazandığı möhtəşəm Zəfər Bayramı münasibətilə Avstraliyanın Sidney şəhərində rəsmi tədbir keçirilib. Tədbir Turkiş Oz Təşkilatnın təşkilatçılığı ilə baş tutub.
Tədbirə Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl bəy Oyta və Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri hörmətli Sara xanım Azarsun da rəsmi dəvətlə qatılmışdır.
Tədbirdə Türkiyənin Sidney şəhərindəki baş konsulu Bilgin Aygünəş, diplomatlar, Avstraliyanın rəsmi dövlət nümayəndələri, ordu polkovniki Denis More, eləcə də 16 müxtəlif millətin dərnək rəhbərləri və nümayəndələri iştirak ediblər.
Proqram çərçivəsində sayın Mikayıl bəy Oyta Mustafa Kamal Atatürkün heykəlinə əklil qoyub və onun xatirəsini ehtiramla yad edib.
Sayın Mikayil bəy Oyta tədbirdə 30 Avqust –Türkiyənin Zəfər Bayramı münasibətilə çıxış edib.
Tədbirdə çıxış edən Mikayil bəy ingilis dilində etdiyi çıxışında 30 Avqust 1922-ci ildə həlak olan bütün şəhidlərin ehtiramla yad edildiyini bildirib.
Çıxışda 30 Avqust Zəfər Bayramının yalnız Türkiyənin deyil, bütün Türk dünyasının və türk xalqlarının bayramı və qələbəsi olduğu vurğulanıb. Həmçinin Azərbaycan xalqına xüsusi ehtiram ifadə edilərək, bayramın dünyada yaşayan azərbaycanlılar üçün də qürur və Zəfər günü olduğu qeyd edilib.
Sayın Mikayil bəy Oytanın ingiliscə çıxışı:
https://www.youtube.com/watch?v=W1-2VmuPgy0 https://t.me/GADTB1/58244

image-1d03987e-1976-4d09-9756-e24969b5a13f image-2c399987-8ab3-4d2f-ab12-d348b6d54f5d image-46061084-369c-4600-bba7-27fdabcfbcac image-b32a484e-6418-48ae-8273-d546be7bea76

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki