image-2000x150
image-img_20230107_203826backend

ABŞ qəzetində “Laçın dəhlizi: Azərbaycana qarşı yalan ittihamlar” adlı məqalə dərc olunub

image-768x150

ABŞ-ın Nyu-York şəhərində nəşr edilən həftəlik “Bukharian Times” qəzetində Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin “Laçın dəhlizi: Azərbaycana qarşı yalan ittihamlar” adlı məqaləsi dərc olunub.

Məqalədə bildirilib ki, dekabrın 12-dən Azərbaycanın QHT nümayəndələrinin və ekofəalların Şuşa-Xankəndi yolunda təbii sərvətlərimizin qanunsuz istismarına qarşı keçirdiyi aksiya davam edir. Bununla bağlı hər zaman olduğu kimi Amerika Erməniləri Milli Komitəsinin (ANCA) idarəçiliyi ilə dünya ermənilərinin, xüsusən ABŞ-dakı erməni lobbisinin anti-Azərbaycan fəaliyyətini gücləndirildiyi qeyd olunur. Yazıda bu aksiya ilə bağlı ABŞ Konqresinin ermənipərəst üvlərinin Ağ Ev rəhbərliyinə təzyiqi artırdıqları da vurğulanır.
Müəllif Fuad Hüseynzadə məqaləsində qeyd edir ki, bu aksiya Qarabağda yaşayan ermənilər üçün heç humanitar böhran yaratmır: “Ümumiyyətlə, aksiya başlayandan humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə olmayıb. Bu müddət ərzində Xankəndindən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya keçirilən məkandan maneəsiz keçirlər”.
Həmçinin məqalədə Azərbaycan fəallarının sülh aksiyası keçirdiyi, sülh quruculuğunda Azərbaycanın vətəndaş cəmiyyətinin mövqeyi nümayiş etdirdiyi bildirilir: “Aksiyanın Qarabağ ermənilərinin yaşadığı ərazilərin qazla təchizatı məsələsinə də heç bir aidiyyəti yoxdur. Çünki həmin ərazilərdə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir. Göründüyü kimi, erməni lobbisi və onları dəstəkləyən konkresmenlər yenə də Azərbaycana qarşı böhtan atırlar. Məqsədli şəkildə Qarabağ ermənilərinin porblemlərini Azərbaycanın üzərinə atmağa çalışırlar”.
Məqalədə bu gün Azərbaycan xalqının birlik nümayiş etdirdiyi vurğulanır.
Xatırladaq ki, aksiya başlayan gündən Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin İdarə heyətinin üzvləri Küveyt, Pakistan, İngiltərə, Bosniya və Hesoqovina, Özbəkistan və digər ölkələrin KİV-lərində bu mövzuda davamlı olaraq yazılarla çıxışlar edirlər.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki