image-2000x150
image-4dec950a-2361-4dc8-a7f0-d754b5b0888abackend

Sabitlik ölkəsi

image-768x150

Azərbaycandakı əmin-amanlıq, təhlükəsizlik, sabitlik ildən-ilə möhkəmlənir

Azərbaycan dövləti müstəqil siyasət yürüdərək beynəlxalq aləmdə özünə imic qazanıb. Dövlətimiz müstəqil şəkildə beynəlxalq layihələrdə iştirak edərək xalqın maraqlarını ifadə edir. Bununla yanaşı, Azərbaycanda ictimai-siyasi sabitlik, təhlükəsizlik yükəsk səviyyədə qorunur və hüquq-mühafizə orqanları öz vəzifələrini layiqincə yerinə yetirir. Artıq Azərbaycandakı sabitliyə əcnəbi qonalar belə, heyran qalırlar. Paytaxt Bakı şəhəri dünyanın ən təhlükəsiz şəhərləri sırasındadır. Məhz buna görə də Azərbaycan dünyada sabit və təhlükəsiz ölkə olaraq tanınıb. Bütün bu göstəricilərin nəticəsidir ki, ölkəmizə gələn turistlərin sayı günü-gündən artıb. Ölkə başçısının əmir və göstərişləri vaxtında və zamanında həyata keçirilir. Bütün bunlara əsasən ölkəmizdə il ərzində bir çox beynəlxalq tədbir və konfranslar təşkil olunur, idman yarışları keçirilir. 25 noyabr tarixində Bakıda keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransı da bu qəbildən olan tədbirlərdəndir. Prezident İlham Əliyev konfransda çıxışında deyib ki, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir: “Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da, daxili siyasətimiz sayəsində əmələ gəlmişdir”. Prezident qeyd edib ki, güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və siyasətimizin proqnozlaşdırılması mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb: “Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat – bütün bu amillər çox vacibdir. Bununla yanaşı, Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin daxildə etdikləri də vacibdir”

Ümumiyyətlə, Azərbaycanın uğurlu inkişafının təməlində sabitlik dayanır. Azərbaycandakı əmin-amanlıq, təhlükəsizlik, sabitlik ildən-ilə möhkəmlənir. Bu da dövlətin düşünülmüş düzgün siyasətinin nəticəsidir. Eyni zamanda, xalq tərəfindən dövlətin siyasətinə dəstək verilir. Ümummilli məsələlərdə xalq-iqtidar birliyi özünü hər zaman büruzə veririr. Xüsusən, Vətən müharibəsi günlərdində məhz bu birlik və həmrəylik dövlətin gücünü daha da artırdı.

Hazırda istənilən dövlət digər dövlətlə əməkdaşlıq edərkən təhlükəsizlik məsələsinə önəm verir. Cənab Prezidentin qeyd etdiyi kimi, indi təhlükəsizlik məsələləri bəlkə də hər zaman olduğundan daha vacibdir: “Ənənəvi əlaqələri olan ölkələr bu məsələyə ikitərəfli və çoxtərəfli müstəvidə toxunmalı, bir-birimizi necə dəstəkləyə biləcəyimizə nəzər salmalıyıq. Çünki dünya dəyişib, beynəlxalq hüquq işləmir və ya selektiv qaydada işləyir. Ona görə də, əgər gücünüz, güclü ordunuz varsa, yaxşı müttəfiqləriniz varsa, o zaman özünüzü təhlükəsizlikdə hiss edə bilərsiniz”. İldən-ilə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənir. Prezident İlham Əliyevin həmkarları ilə həm ikitərəfli, həm çoxtərəfli formatlarda keçirdiyi görüşlər bunun bariz nümunəsidir. Azərbaycan regionda çox çevik və çoxşaxəli xarici siyasəti ilə diqqət çəkir. Buna görədir ki, Azərbaycan dünyada etibarlı tərəfdaş olaraq tanınır. Bu gün Azərbaycana, Cənab Prezidentin sözünə inanırlar. Çünki  dövlətimizin sözü ilə əməli arasında heç bir fərq yoxdur. Biz bunu istər aparılan daxili, istərsə də xarici siyasətdə müşahdə edirik.

Bu gün dünyada geosiyasi vəziyyət gərgin olaraq qalır. Dünyanın görünməyən qüvvələri tərəfindən məqsədli şəkildə yeni qarşıdurmalar yaradılır. Bu qarşıdurmalar da bir çox hallarda münaqişə ocaqlarına çevrilir. Və təəəssüf ki, aiddiyyəti beynəlxaq qurumlar bu kimi halların aradan qaldırılmasına deyil, əksinə daha da güclənməsinə şərait yaradırlar. Qarabağ münaqişəsini məhz buna görə də 30 il məqsədli olaraq uzadırdılar. BMT-nin qəbul etdiyi qətnamələrə belə, məhəl qoyulmurdu. Faydasız ATƏT-in Minsk qrupunu yaradaraq münaqişəni dondurmğa çalışırdılar. Prezident çıxışında haqlı olaraq qeyd edib ki, vəziyyəti dəyişən beynəlxalq hüquq, BMT, Ermənistanın konstruktiv yanaşması deyil, bizim ordumuz, xalqımız və siyasi iradəmiz oldu: “Müasir dövrdə ölkələr güclü olmalıdır. Əfsuslar olsun ki, bu, XXI əsr beynəlxalq münasibətlərinin nəticəsidir. Qətnamələri, bəyanatları, xoş sözləri unudun, onların heç bir dəyəri yoxdur”. Buna görə də Azərbaycan özü mümkün olan xarici risklərdən daha da ciddi qorunurdu. “Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq” deyən Prezident bir daha açıq şəkildə bəyan edib ki, Azərbaycanla Ermənistan arasında uzun müddətdir davam edən qarşıdurma sona çatıb. Bununla, cənab Prezident konfransdakı əcnəbi qonaqlara, eləcə də beynəlxalq aləmə artıq Qarabağ münaqişəsinin tarixə qovuşduğu mesajını verib. Bu mesaj münaqişəni yenidən alovlandırıb gərginləşdirmək istəyənlərə yerində verilmiş cavabdır.

Azərbaycan bu gün xarici və daxili risklərdən, təhlükələrdən tam olaraq özünü qoruyur. Prezident İlham Əliyev xalq tərəfindən seçilən və xalq tərəfindən də dəstəklənən bir liderdir. Azərbaycan rəhbərliyi balanslaşdırılmış siyasət yürüdür və heç bir dövlətin daxili işinə qarışmadan, digərlərinin də bizim daxili işimizə qarışılmasına imkan vermir. Dövlətimiz dünya dövlətləri ilə sağlam şəkildə əlaqə yaratmağa, iqtisadi əlaqələrin güclənməsinə önəm verir. Çox müsbət haldır ki, Azərbaycan dövləti tərəfindən xalqımızın rahat həyat şəraiti təmin edilib. Bu, bundan sonra da belə olacaq.

 

 

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki