Xəbər verildiyi kimi, noyabrın 6-da QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Qərbi Azərbaycana qayıdış” mövzusunda ictimai müzakirə keçirilib. Tədbirdə iştirak edən Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə öz təkliflərini Planetinfo.az-a bildirib: “1) Əcnəbi KİV və QHT nümayəndələri ilə əmkdaşlığı gücləndimək hər zaman prioritetdir. Ümumiyyətlə, Azərbaycanın milli maraqlarını beynəlxalq mediada müdafiə etmək üçün əcnəbilərdən ibarət yeni komanda, jurnalist və QHT şəbəkəsi formalaşmalıdır. Bu baxımdan Qərbi Azərbaycan haqqında tarixi həqiqətləri birbaşa əcnəbi jurnalistlərin vasitəsilə də yaymaq önəmlidir. Bu mövzuda əcnəbi jurnalsitlər arasında müsabiqə keçirmək olar. Bu müsabiqədə əcnəbi jurnalistlər Qərbi Azərbaycanın tarixi, oradan deportasiya olunanların hüquqlarının beynəlxalq müstəvidə tanınması ilə bağlı məqalələr yaza, verilişlər hazırlaya bilər.
2) Qərbi Azərbaycanla bağlı çap olunan kitablar beynəlxalq təşkilatlara və müxtəlif ölkələrin kitbxanalarına göndərmək olar. Hətta kitabxanlarda bu mövzuda güşələr yaratmaq olar. Həmçinin kitabları əcnəbi Qafqazşünas alimnlərə ünvanlı olaraq göndərmək effektiv nəticə verə bilər.
3) Xarici Universitetlərdə “Azərbaycan tarixi” dərsləri adı altında Qərbi Azərbaycan həqiqətlərindən danışmaq olar.
4) Xarici QHT-lərlə partnyor şəkildə Qərbi Azərbaycanla bağlı hesabatlar hazırlayıb beynəlxalq təşkilatlara göndərmək olar.
5) Xarici ölkələrdə “Qərbi Azərbaycan mətbəxi günləri” keçirmək olar. Bu tədbirlərdə canlı şəkildə Qərbi Azərbaycana aid yeməklər hazırlamaq mümkündür.
6) Beynəlxalq elektron enskilopediyalarda Qərbi Azərbaycan toponimləri, tarixi-mədəni abidləri ilə bağlı məlumatlar yerləşdirmək vacibdir. Bu, əcnəbi jurnalist, alim və araşdırmaçılar üçün mötəbər mənbə hesab olunacaq”.





























