image-2000x150
image-yenibackend

Orenburq Prezident Kadet Məktəbinin rəhbərinə Azərbaycanın qəhrəmanları haqqında kitab hədiyyə olunub

image-768x150

Noyabrın 12-də Orenburq Vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin sədri Yaşar Məsimov Orenburq Prezident Kadet Məktəbinin rəhbəri Tatyana Oleqovna Maşkovskaya ilə görüşüb. Bu haqda Yaşar Məsimov Planetinfo.az-a məlumat verib.
O bildirib ki, görüşdə Tatyana Oleqovna Maşkovskaya ilə gələcək əməkdaşlıqlarını müzakirə ediblər. “Həmçinin Orenburq Prezident Kadet Məktəbinin kursantları üçün “Vətən müdafiəçiləri” filmimizin nümayiş etdirilməsi barədə razılığa gəldik”,- deyə diaspor rəhbəri əlavə edib.
Qeyd edək ki, Yaşar Məsimov görüş çərçivəsində Tatyana Oleqovna Maşkovskaya Azərbaycanın müharibə qəhrəmanlarından bəhs edən “Böyük Qələbənin varisləri” kitabını hədiyyə edib.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki