image-2000x150
image-1763453546_wcbcx9vfhhdzzgjmodr_9e-jhrvk5kkzmsdce2abrpjnfx2plkoyzli-c_m3k_umr7vewc0l8xn1s2mok94jo70xbackend

Həmyerlimiz Rusiyada “Novorossiyskin xeyrinə” mükafatına namizəd olub

image-768x150

Rusiyada Krasnodar diyarı üzrə “Azərbaycanlıları Birliyi”nin sədri Cəlal Abdullayev “Novorossiyskin xeyrinə” mükafatına namizəd olub. Bu haqda Rusiyanın “Novorossiysk işçisi” (“Новороссийский рабочий”) qəzetinin saytında məlumat yayınlanıb. Həmyerlimizin adı şəhər merinin “Novorossiyskin xeyrinə” mükafatının “Mərhəmətli ürək” nominasiyası üzrə irəli sürülüb.
Xatırladaq ki, “Novorossiyskin xeyrinə” şəhər merinin müsabiqəsi 2019-cu ildən Novorossiyskdə keçirilir. Altı il ərzində müsabiqədə təxminən 600 iştirakçı olub, onlardan 275-i qalib adını qazanıb. 2025-ci il dekabrın 1-dək mükafata namizədlərin baxılması və seçilməsi davam edəcək. Qaliblərin mükafatlandırılması ənənəvi olaraq dekabr ayında təntənəli şəraitdə keçiriləcək.
Qeyd edək ki, Cəlal Abdullayev fərdi sahibkar və diaspor olaraq 20 ildən çoxdur ki, Novorossiyskdə kommersiya və yaşayış tikintisi sahəsində fəaliyyət göstərir və aktiv şəkildə xeyriyyəçiliklə məşğul olur.
Novorossiyskdə Krasnodar diyarı üzrə “Azərbaycanlıların Birliyi” ictimai təşkilatı yaradıldığı gündən Cəlal Abdullayev xeyriyyə fəaliyyətinə böyük diqqət ayırır. 15 il ərzində o, təxminən 2000 xeyriyyə aksiyası təşkil edib və keçirib. Bu aksiyalardan faydalananlar çətin həyat şəraitinə düşmüş şəhər sakinləri olub. Onlar arasında əlillər, tənha aztəminatlı pensiyaçıları, autoimmun pozuntuları olan uşaqlar, çoxuşaqlı ailələr və hərbiçi ailələri var.
Son bir neçə ildə xeyriyyə aksiyaları ayda bir dəfədən az olmayaraq keçirilir. Ehtiyaclı insanlara ərzaq dəstələri təqdim edilir, onlar üçün naharlar, səyyar pikniklər və konsert proqramları təşkil olunur. Cəlal Abdullayev orduya humanitar yardım kampaniyalarında da aktiv iştirak edir.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki