Xəbər verildiyi kimi, ötən həftə Polşada 18-ci Beynəlxalq Xeyriyyə Yarmarkası keçirilib. Yarmarkada ölkəmizi Polşa Azərbaycanlıları Şurasını üzvləri təmsil ediblər. Bu haqda saytımıza Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli məlumat verib: “SHOM-un təşkilatçılığı və Polşanın Birinci Xanımı hörmətli Marta Navrotskanın himayəsi altında keçirilən bu tədbir dostluq, həmrəylik və humanizm ruhunu özündə birləşdirir.
Azərbaycan stendimizdə nümayiş etdirdiyimiz əl işləri, milli məhsullar və milli təamlarımız qonaqların böyük marağına səbəb oldu. Hörmətli səfirimiz Nərgiz Qurbanova və səfirliyin əməkdaşlarının iştirakı ilə Vətənimizi layiqincə təqdim etmək böyük şərəf idi. Bununla yanaşı, diasporamızın komanda şəklində fəal iştirakı stendimizin daha da zəngin şəkildə təqdim olunmasına töhfə verdi.
Eyni zamanda, diasporumuzun mədəni proqramda iştirakı Azərbaycan mədəniyyətinin zənginliyini və gözəlliyini bir daha nümayiş etdirdi”.
PAŞ sədri bu möhtəşəm tədbirdə ölkəmizi ən yaxşı şəkildə təmsil edən bütün icma üzvlərinə təşəkkür edib.





























