image-2000x150
image-10f94144-401c-42c5-90ef-70b42b5795c8backend

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

image-768x150

Ramazan ayı münasibətilə Benilüks Azərbaycanlıları Konqresi, Dayaq – Vətən Müharibəsi əlilərinə və Şəhid ailələrinə dəstək Təşkilatı və Belçika-Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının təşkilatçılığı ilə, İydə Parfumeriya mağazalar şəbəkəsinin tərəfdaşlığı ilə iftar süfrəsi təşkil olunub.

Diaspornews.az xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, ictimai təşkilat rəhbərləri, diaspor fəalları, şəhid ailələri, qazilər və tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Daha sonra Benilüks Azərbaycanlıları Konqresinin fəaliyyəti haqqında təqdimat videosu nümayiş etdirilib. Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov çıxış edərək xaricdə yaşayan azərbaycanlıların birliyinin möhkəmləndirilməsinin, diaspora fəaliyyətinin gücləndirilməsinin və şəhid ailələri ilə qazilərə göstərilən diqqətin vacibliyini vurğulayıb.

İftar vaxtından sonra çıxışlar davam edib, vətən uğrunda sağlamlığını itirmiş qazilərə və şəhid ailələrinə göstərilən dəstəyin əhəmiyyəti qeyd olunub.

Tədbir zamanı Azərbaycan həqiqətlərinin Avropada təbliğində göstərilən əməkdaşlığa görə bir sıra dövlət və ictimai xadimlər Benilüks Azərbaycanlıları Konqresinin medalı ilə təltif ediliblər.

Tədbirin bədii hissəsində muğam ifası iştirakçılar tərəfindən maraqla qarşılanıb. Sonda iştirakçılar xatirə şəkli çəkdirib və görüş səmimi mühitdə davam edib.

image-575cd595-e040-40ac-a677-49998e8bdcc8 image-d735f04f-3dd6-42e5-838c-3783190e9282 image-be22045c-4216-4568-8d5a-ee8cf9e064de image-24eabf4c-8cf7-4a54-894a-c47e73089104 image-7a3bd25d-96a5-4d76-8828-68a1d9f4e5db image-64c546a4-a2fa-4694-a8f7-a28f89d531eb image-fb16f5b2-673c-4076-b503-0337f8754562 image-e13fa741-0917-44af-b0c4-f9b4dd7b3846 image-ab1aa9b0-e286-4718-b010-4452bd565552 image-25df8229-9cd3-40f5-99d3-497a5d0dedf7 image-eab9cd50-ced1-4b6c-99b8-7dfacf0916dd image-607d5661-72bc-4fe3-ba4a-d43baea8349c image-1e57d765-3246-4d91-999f-49b492d5169c image-673df2af-c9e1-4ead-8c27-0f3ca204de26 image-ad938dcf-afad-4dc2-bcca-df72973728f0 image-ed51d1fe-9da7-49d1-9985-27386df6ca7c image-b1beaed6-8a20-4c9e-ae33-e7f1388df343 image-10f94144-401c-42c5-90ef-70b42b5795c8 image-2b90b96d-ab43-4882-86df-4208d64452e7 image-641c65b1-f874-45ca-b72b-88978a186b26 image-24a13d1c-f827-468f-8211-3fefeb1aee31 image-a3f79806-f3cc-4cc6-a333-2fc5ad6f9ef3

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki