image-2000x150
image-e95ba923-9df0-4953-bbab-4cf2610529a0backend

Metatesk startapı “Forbes 30 Under 30 Summit”də Azərbaycanı təmsil edir

image-768x150

19–22 aprel tarixlərində Amerika Birləşmiş Ştatlarının Arizona ştatının Finiks şəhərində keçirilən nüfuzlu “Forbes 30 Under 30 Summit” tədbirində Azərbaycanı təhsil texnologiyaları sahəsində fəaliyyət göstərən “Metatesk” startapı təmsil edir. Diaspornews.az xəbər verir ki, startap tədbirdə 6 nəfərlik heyətlə iştirak edir.

“Forbes 30 Under 30 Summit” dünyanın müxtəlif ölkələrindən olan gənc liderləri, sahibkarları və innovatorları bir araya gətirən, qlobal miqyasda ideya və təcrübə mübadiləsi üçün mühüm platformalardan biridir. Tədbir çərçivəsində iştirakçılar innovasiya, texnologiya, biznes və sosial təsir sahələrində ən son tendensiyalarla tanış olur, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirirlər.

“Metatesk” startapının bu nüfuzlu platformada iştirakı Azərbaycanın gənclərinin innovasiya potensialını, texnologiya sahəsində əldə etdikləri nailiyyətləri və ölkəmizin qlobal startap ekosistemində mövqeyinin güclənməsini nümayiş etdirir.

Qeyd edək ki, “Metatesk” VR və süni intellekt texnologiyalarını birləşdirərək təhsili daha interaktiv və immersiv hala gətirən innovativ edtech platformadır.

Startapın tədbirdə iştirakı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

image-57337ebe-5e4d-4bc3-93a6-89fd5e48fd5d

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki