image-2000x150
image-606c9bca-ea93-48a2-8051-9e9612280d19backend

Avstraliyada Azərbaycan-Türkiyə qardaşlığIndan danışılıb

image-768x150

10 iyul tarixində Avstraliyanın Sidney şəhərində Avstraliya Azərbaycan Assosiasiyasının rəhbərliyi ilə Türkiyədən gedən qonaqlar — AK Partiya Başqan müavini, Xarici Əlaqələr üzrə məsul şəxs, İstanbul Millət vəkili hörmətli cənab Zafer Sırakaya və UID Başqanı cənab Kenan Aslanın iştirakı ilə görüş keçirildi.

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl Oyta və GADTB-nin İnsan və Qadın Hüquqları Departamentinin rəhbəri Sara xanım Azərsunun rəsmi dəvəti əsasında təşkil olunan bu görüşdə iştirak etiblər.

Görüş zamanı dəyərli qonaqlara “Xoş gəlmisiniz” deyərək onları salamlayıblar. Söhbətlər zamanı Avstraliyada yaşayan azərbaycanlıların vəziyyəti, “Bir millət, iki dövlət” anlayışı çərçivəsində Azərbaycan-Türkiyə qardaşlığı, eləcə də İran adlanan ölkədə Cənubi Azərbaycanda yaşayan 40 milyondan çox türk xalqının qarşılaşdığı çətinliklər barədə fikir mübadiləsi aparıldı.

Xüsusilə qeyd olundu ki, ana dili, milli kimliyi və insan haqları uğrunda mübarizə aparan soydaşlarımızın vəziyyəti diqqətdən kənarda qalmamalıdır. Güney Azərbaycanda milli hüquqları uğrunda mübarizə aparan insanların ağır şəraitlərdə, həbsxanalarda və təzyiqlər altında yaşadığı vurğulandı.

Görüş qarşılıqlı hörmət, səmimi söhbət və gələcək əməkdaşlıq arzuları ilə başa çatdı.

image-ec797f7c-40a3-4e68-a011-51fe376d9206 image-4e02e981-8a29-4b51-bc14-7ca0babf9f9b

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki