image-2000x150
image-20240318094949_1backend

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti DİDK-də olub

image-768x150

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Boris Kandovun rəhbərlik etdiyi nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb. Qonaqları səmimi salamlayan komitə sədri Azərbaycan dövlətinin diaspor siyasəti, həyata keçirilən irihəcmli layihələr barədə məlumat verib, konqreslə əməkdaşlıqdan məmnun olduğunu və mövcud əlaqələrin strateji əməkdaşlıq səviyyəsində davam edəcəyinə əminliyini ifadə edib.

Azərbaycan dövlətinin multikultural və toletantlıq ənənələrini yüksək qiymətləndirən ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Boris Kandov, ABŞ və Kanada Buxara Yəhudiləri Mərkəzinin rəhbəri Leon Nektalov və “Bukharian Times” qəzetinin baş redaktoru Rafael Nektalov xaricdəki Buxara yəhudiləri ilə Azərbaycan icmaları arasında dostluq, qardaşlıq münasibətlərinin daim inkişaf etdiyini və təcrübə mübadiləsinin daha səmərəli olacağını vurğulayıblar.

Görüşdə Azərbaycan Diasporuna Dəstək Fondu ilə ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Görüşün sonunda qonaqlara fondun dəstəyi ilə çap olunan “Heydər Əliyevin sevimli musiqi inciləri” kitabı və bir sıra başqa vəsaitlər hədiyyə olunub.

Xatırladaq ki, ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresi 100-dən artıq mədəniyyət mərkəzini, təhsil, icma və media müəssisəsini özündə birləşdirir.

image-20240318094923_3

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki