image-2000x150
image-463421683_982481320573923_5204868710093077491_nbackend

PAŞ üzvləri “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı fotosərginin açılışında iştirak ediblər

image-768x150
Polşa Azərbaycanlıları Şurasının idarə heyəti 14 oktyabr 2024-cü il tarixində Varşava İqtisadiyyat Məktəbində (SGH) keçirilmiş “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı fotosərginin açılışında iştirak etmişdir.
Sərginin açılış mərasimində Varşava İqtisadiyyat Məktəbinin (SGH) rektoru professor Piotr Vaxovyak, Azərbaycan Respublikasının Polşadakı Səfiri Xanım Nərgiz Qurbanova və Qərbi Azərbaycan İcmasından sərginin koordinatoru Xanım Ülviyyə Zülfiqar çıxış etmişlər.
Açılışdan sonra qonaqlar Qərbi Azərbaycan mətbəxinin ləziz təamlarından dadmaq imkanı əldə etmiş, fotosərgi haqqında ümumi mövzularda müzakirələr aparmışlar.
Nəzərinizə çatdıraq ki, sərgini 25 oktyabr 2024-cü il tarixinədək Varşavada, al. Niepodległości 128 ünvanında yerləşən İqtisadiyyat Məktəbinin (SGH) “C” binasında ziyarət etmək mümkündür.
image-462364817_982481500573905_6294229817569178000_n image-462808948_982481353907253_3040059693300912212_n image-463483932_982481447240577_5491714345771955909_n
image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki