image-2000x150
image-pp11backend

Polşa Azərbaycanlıları Şurasından daha bir ilk

image-768x150

Polşa Azərbaycanlıları Şurası tərəfindən Polşada yaşayan azərbaycanlılar üçün yeni bir layihəyə start verilib.
“Soydaşlarımıza Polşa cəmiyyəti ilə daha sıx əlaqədə olması, həyatlarının asanlaşdırılması və ümumi Polşadakı Azərbaycan Diasporu adına TAM ÖDƏNİŞSİZ POLYAK DİLİ dərsləri layihəsinə start veririk.

Dərslər,
– tamamilə ödənişsiz
– ayda 4 dəfə olmaqla 2 ay
– Polyak dili tədrisi üzrə magistr dərəcəli
– 5 illik tədris təcrübəsinə malik

Polyak müəllimə ilə keçiriləcək.

Bu dərslərə qoşulmaqla nə qazanacaqsınız ?

– Düzgün və peşəkar Polyak dili təhsili almaq;
-Polşa cəmiyyətinə inteqrasiyanı asanlaşdırmaq;
-Aldadıcı və qeyri-peşəkar müəllimlərdən və tədris metodlarından uzaq durmaq.

DİQQƏT:

– Minimum A2 səviyyəsində İngilis və ya Rus dili biliyi vacibdir.
– ⁠Dərslər üçün yalnız 15 nəfərlik qrup nəzərdə tutulub. Bu səbəbdən, yalnız təyin olunan gün və saatda 100% iştirak edə biləcək şəxslər qeydiyyatdan keçsin. Qeydiyyatdan keçib iştirak etməmək ilə digər soydaşlarımızın bu fürsəti qaçırmasına səbəb olursunuz.
– ⁠Qeydiyyat linki instagram səhifəmizin Bio bölməsində yerləşdirilmişdir.

Hər həftə, cümə günü saat 18:00
Məkan: Varşava Azərbaycan Evi
Ünvan: Jaworzyńska 5/1 00-634 Warszawa”

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki