image-2000x150
image-img_20220418_111402backend

Smolenskdəki azərbaycanlı rektor: “Fəaliyyətimiz qubernator tərəfindən çox yüksək qiymətləndirilir”

image-768x150

Faiq Əliyev: “Azərbaycanlıların Smolenskdə böyük nüfuzu var”

Rusiya Federasiyasının Smolensk vilayətindəki diasporumuz gözdən, könüldən uzaq olsa da daimi vətən naminə çalışır. Buradakı soydaşlarımızın birliyi və həmrəyliyi, Azərbaycan naminə fəaliyyəti şəhid ailələrinə göstərilən diqqətdə özünü daha çox büruzə verir. Əlbəttə ki, bütün bu işlər Smolensk Humanitar Universitetinin rektoru, Smolenskdəki “Xəzri” Azərbaycan diasporu təşkilatının sədri Faiq Əliyevin planlı fəaliyyəti sayəsində baş verir. Onu da deyək ki, Faiq Əliyev Smolenskdə təkcə Azərbaycan icmasına deyil, eyni zamanda qeyri-azərbaycanlıların, 26 millətin birləşdiyi Mili Konqresin rəhbəridir.
Xatırladaq ki, Əliyev Faiq Zakir oğlu, 1967-ci ildə mayın 27-də Sabirabad şəhərində anadan olub. 1974-1984-cü ildə Sabirabad şəhər 2 saylı rus orta məktəbini bitirib. 1985-1987-ci illərdə sovet ordusu sıralarında indki Sankt-Peterburq şəhərində hərbi xidmətdə olub. Vaxtı ilə SSRİ-də ən gənc kommunistlərdən biri olub.
Faiq Əliyevin 3 ali (Rusiyanın Maliyyə İqtisadiyyatı İnstitutu, Moskva İdarəetmə Akademiyası, Moskva Dövlət Texnologiya İnstitutu) təhsili var.
O, Azərbaycanda və Rusiyada müxtəlif dövlət qurumlarında çalışıb. Hal-hazırda Smolensk İctimai Palatasının üzvüdür. Həmçinin Smolensk Biznesin İnkişafı Komissiyasının sədridir.
Faiq Əliyev “Diaspornews.az”a deyib ki, Smolenskdə Azərbaycan diasporu rəsmi olaraq 1997-ci ildə fəaliyyətə başlayıb: “Bu gün bizim fəaliyyətimiz Smolenskinin qubernatoru tərəfindən çox yüksək qiymətləndirilir. Bir neçə il əvvəl hörmətli səfirimiz Polad Bülbüloğlu Smolenskdə bizim qonağımız oldu. Onunla görüşündə təsdiqlədi ki, Azərbaycan cəmiyyəti Smolenskdə bütün qalan cəmiyyətləri ətrafına yığıb monolitləşdirən bir qurumdur. Smolenskdə diaspor hərəkatı normal gedir. Başqa vilayətlərdəki kimi burada 2, 3, 4, 5 cəmiyyət yoxdur. Smolenskdə bir cəmiyyət var. Bir cəmiyyətində ətrafında bütün azərbaycanlılar birləşib. Bizim cəmiyyətimiz tək azərbaycanlıları yox, Azərbaycandan olan bütün millətləri birləşdirir”.
O bildirdi ki, azərbaycanlıların Smolenskdə böyük nüfuzu var: “Burada 15 mindən çox azərbaycanlı var. Onlar müxtəlif rəsmi və qeyr-rəsmi vəzifələrdə çalışırlar. Ümumiyyətlə, azərbaycanlılar bütün baş verən ictimai-siyasi proseslərdən kənarda qalmırlar. Ona görə də burada Azərbaycan cəmiyyətinin nüfuzu, hörməti çox yüksəkdir. Çünki yerli rəsmi qurumlarla əməkdaşlıq edirik. Yeli qurumlarla əməkdaşlıq etməsək diasporu tanımazlar, hörmət və nüfuz da olmaz”.

image-img-20220417-wa0034

“Həftdə ən azı 3-5 şəhid ailəsinə yardım göndəririk”

Qeyd etdiyimiz kimi, Smolenskdəki diasporumuzun fəaliyyətində şəhid ailələrinə edilən yardımlar daha çox diqqət çəkir. Faiq Əliyevin məlumatına görə, Smolenskdə hələ 2-ci Qarabağ müharibəsindən öncə Azərbaycandakı şəhid ailələrinə yardım fondu yaradılıb: “Şəxsən özüm şəhid ailələri ilə zəngləşib onlara başsağlığı verirəm. Buradakı diasporumuz tərəfindən 500-ə yaxın şəhid ailəsinin şəxsiyyət vəsiqəsi ilə hesablarına 400 dollardan aşağı olmayaraq yardım olunub. Hər həftənin cümə günü Smolensk şəhərində şəhidlərin ruhuna Quran oxunur, ehsan verilir. Həftdə ən azı 3-5 şəhid ailəsinə yardım göndəririk. Bundan əvvəl 44 günlük Vətən müaharibəsi zamanı həm cəbhəyə çox yardımlar oldu. Biz, eyni zamanda Smolenskdə savadlı, maddi çətinliyi olan tələbələrə də yardım edirik”.

image-img-20220417-wa0033

“Tədbirlərdə yerli xalqa böyük fəxr hissi ilə bildiririk ki, Smolenskinin faşistlərdən azad olunmasında həmvətənlərimiz də iştirak ediblər”

Faiq Əliyev qeyd etdi ki, Smolenskdə diasporumuzun futbol komandası da var: “İdman yarışlarında, eləcə də digər mədəni-kütləvi tədbirlərdə iştirak edirik. Hər il 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbirlər keçiririk. Bütün tədbirləri planlı şəkildə edirik. Xatırladım ki, arxivlərdən əldə etdiyimiz məlumata görə, 25 sentyabr 1943-cü ildə Smolensk şəhərini alman faşistlərindən azad edən 42-ci diviziyanın tərkibində həddindən çox azərbaycanlı da olub. Onların ad və soyadlarını tapıb üzə çıxarmışıq. Biz tədbirlərdə iştirak edəndə bütün Smolenskdə yaşayan insanlara böyük fəxr hissi ilə bildiririk ki, bu şəhərin azad olunmasında həmvətənlərimiz də iştirak ediblər. Hətta mən çoxdan axtardığım əmim haqqında da məlumat tapmışam. O, Smolenskini azad edildikdən sonra 100 kilometr aralıda, Belarusun Vitebsk şəhərinin ətrafında gedən döyüşlərdə 1944-cü ildə vəfat edib.
Azərbaycanda gedən proseslərdən də kənarda qalmırıq. Qeyd etdiyim kimi, şəhid ailələri və qazilərə imkanımız, gücümüz dərəcəsində yardımlar edirik. Əsas demək istədiyim budur ki, biz bu işləri reklam üçün görmürük. Bu işlər Azərbaycana, vətənimizə olan məhəbbət üzərində qurulub”.

image-fb_img_1650227682701

image-fb_img_1650213649048

image-fb_img_1650213630719

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki