Tatarıstan Respublikası Leninoqorsk bələdiyyə rayonunun Şura deputatı, Leninoqorsk şəhəri və Leninoqorsk rayonu üzrə “Birlik” Azərbaycan milli-mədəni muxtariyyətinin sədri, AzerRos Milli Mədəni Muxtariyyət Şurasının üzvü və fəal ictimai-siyasi xadim Ramiz Mustafa oğlu Məmmədova “Mixail Vasilyeviç Lomonosovun 300 illiyi” xatirə medalı təqdim edilib.
“M.V. Lomonosovun 300 illiyi” xatirə medalları KPF Mərkəzi Komitəsi tərəfindən Rusiya və Rusiya elmi tarixində bu əlamətdar hadisənin şərəfinə təsis edilib. Medal dünya və Rusiya elminə əhəmiyyətli töhfələr vermiş alimlərə, elmi tapıntıların tətbiqinə kömək etmiş ictimai xadimlərə, nailiyyətləri SSRİ-nin ən yüksək mükafatları ilə qiymətləndirilmiş veteranlara, Qəhrəmanlara, dövlət mükafatları sahiblərinə və SSRİ və Rusiyanın dövlət mükafatları laureatlarına verilir.
M.V.Lomonosovun anadan olmasının 300 illiyi UNESCO tərəfindən qlobal əhəmiyyətli bayram kimi tanınıb.
Xatırladaq ki, Ramiz Məmmədov əvvəllər də yerli dövlət və qeyri-hökumət təşkilatları tərəfidən saysız medalı və təşəkkürnamlərlə ilə təltif olunub.





























