image-2000x150
image-img_20220131_095255backend

“Ukrayna siyasətçilərinin Qarabağda gördükləri həqiqətləri yerli ictimaiyyətə olduğu kimi çatdırmaları çox önəmlı bir addımdır”

image-768x150

Akif Dadaşov: “Ukraynada həmyerlilərimizin mötəbər vəzifələrdə çalışmaları və elmi dərəcələrə sahib olmaları, yerlı, şəhər və ali Radaya deputat seçilmələri, iş adamlarının iş yerləri yaratması böyük göstəricidir”

Ukrayna Azərbaycanlıları Ķonqresinin Kiyev vilayət təşkilatının keçmiş sədri, diasporumuzun ağsaqqal üzvü Akif Dadaşovun “Diaspornews.az“a müsahibəsini təqdim edirik:

-Akif müəllim, siz Ukraynada milli diasporun yaradıcılarındansız. Amma mediada diasporumuzun görünməyən üzvlərindənsiniz. Bu üzdən, öncə oxucularımız sizi yaxından tanımaq istərdilər.
-Dadaşov Akif Musaxan oğlu, 10 may 1961-ci ildə Cəlilabad rayonunun Babaxanlı kəndində ziyalı ailəsində doğulmuşam.
Orta məktəbi bitirdikdən sonra hərbi xidmətdə oldum. 1982-1987-ci illərdə Kiyev İnşaat Mühəndisləri İnstitutunda ali təhsil almışam. Sonra təyinatla doğma Vətənə işləməyə göndərildim.
Mixail Qorbaçovun yeritdiyi çirkin siyasət mənim kumi çoxlu ziyalılarımızın doğma Vətənimizdə işlə təmin olunmağımıza imkan vermədi.
Ukraynaya qayıdıb Kiyev Şəhər Tikintisi baş idarəsinin 4 Evtikmə Kombinatında ixtisasım üzrə işlə təmin oldum. Eyni zamanda 1988-1993-cü illərdə Kiyev Dövlət İqtisadiyyat Universitetində ikinci ali təhsil aldım.
Kombinatda işlədiyim müddətdə sahə mühəndisi vəzifəsindən təmir-tikinti üzrə müavin vəzifəsinə kimi yüksəldim.
2002-cı ildən sonra bir neçə inşaat şirkətlərində rəhbər vəzifələrdə çalışmışam. Hal-hazırda təqaütdəyəm. Azərbaycanın Ukraynada diaspor hərəkatının öncüllərindən olmuşam. Ukrayna Azərbaycanlılar Ķonqresinin Kiyev vilayət təşkilatının sədri olmuşam.
Ailəliyəm. Üç qız övladım var. Böyük qızım Pərvin iqtisadiyyat üzrə elmlər namizədi, fəlsəfə doktorudur, universitetdə işləyir. Ortancıl qızım Məriyəm hüquşunasdir, aspiranturada təhsil alır. Kiçik qızım İradə isə ali təhsilini Norveçdə, magistiraturanı Kanadada bu il bitirib.

image-received_503098317816862

-Sizin üçün diaspor işində əsas maraq nədir?
-Mən deyərdim ki, Azərbaycan diaspor hərəkatının təməli Ulu öndər Heydər Əliyevin apardığı siyasət nəticəsində 70-ci illərin ortalarında, azərbaycanlı gənclərin başqa respublikalara təhsil almağa göndərildiyi vaxtdan goyulub. Bu azərbaycanlı gənclər başqa respublikalarda yaşayan millətlərin gənc nümayəndələri ilə birlikdə təhsil almaqla yanaşı, milli-mənəvi dəyərlərimizi də təbliğ edirdilər.
07 iyun 2001-ci ildə GUAM ölkələrinin Yalta şəhərində keçirilən sammiti zamanı ulu öndərimiz Heydər Əliyevin Ukrayna Azərbaycanlıları Ķonqresinin fəalları ilə görüş keçirildi. Mən də Ukrayna Azərbaycanlıları Ķonqresinin Kiyev vilayət təşkilatının sədrı olaraq bu göruşdə iştirak edirdim.
Göruşdən öncə çox gərgin ab-hava var idi. Göruş başlanandan bir neçə dəqiqə keçəndən sonra, mən özümü doğma kəndimizdə bir müdrük, ağsaqqal, yaxın insanın bizimlə söhbət etdiyi kimi hiss etdim. Bizə diaspor təşkilatlarının tarixindən, gördükləri işlərdən və bizim üzərimizə düşən vəzifələrdən danışırdı.
Bunlar bizim yaşadığımız həyat və bizi gözləyən gələcək hayatımız idi.
“Siz hamınız mənim övladlarımsınız, amma mən sizləri Azərbaycana qayıdan
övladlarımdan daha çox sevirəm. Çünki sizin üzərinizə düşən cavabdehlik daha çoxdur. Siz Azərbaycanın milli-mənəvi dəyərlərini, tarixini, dilini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşadığınız cəmiyyətdə təbliğ etməlisiniz”-deyə, ulu öndər bizə öz tapşırıqlarını verdi.
Dünya Azərbaycanlılarının l Qurultayı zaman ulu öndər Heydər Əliyev diaspor təşkilatlarının qarşısında daha mühüm məsələlər qoydu. Diaspor təşkilatlarının Azərbaycan dövləti ilə sıx əlaqələrinin yaradılması ən mühüm məsələlərdən biri idi.
Mən də qurultay iştirakçısı və bölgə rəhbəri kimi üzərimə qoyulan tələblərin nə qədər zəruri olduğunu bilirdim. Kiyev vilayətində Belıy Çerko, İrpen, Brovari, Boyarka, Vasilkov, Fastov şəhərlərində yaşayan azərbaycanlılarla görüşlərə, bu şəhərlərdə diaspor təşkilatlarının yaradılması istiqamətində işlərə başladıq. O zaman Ukrayna Azərbaycanlıları Konqresinin sədri Tələt Əliyevin əməyi, həqiqətən çox olub. Onu da deyim ki, biz öz fəaliyyətimiz zamanı Azərbaycanın Ukraynadakı səfirliyi ilə sıx əməkdaşlıq edirdik.
Dünya Azərbaycanlılarının II qurultayının da iştirakçısı olmuşam. Həmin zaman möhtərəm Prezident İlham Əliyev diaspor rəhbərləri qarşısında daha ciddi tələblər qoymuşdu.
Bunlar Ukraynada fəaliyyət göstərən başqa xalqların diasporları ilə əlaqələrin yaradılması, yerli hakimiyyət orqanlarına diaspor üzvlərinin seçkilərdə iştirak etmələri və onlara dəstək olmaq, həm də yeni nəslin təhsil almasında dəstək olmaq, yaşadığımız regionların Azərbaycanla iqtisadi, mədəni əlaqələrin yaradılması və s. idi.
Sonradan Azərbaycanın Ukraynadakı səfiri olan Tələt Əliyev və Ukrayna Azərbaycanlıları Konqresinin sədri Oqtay Əfəndiyev başda olmaqla, səfirliyin əməkdaşlarının və Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvlərinin apardığı işlərin nümunələrindən biri yaşadığım İrpen şəhərində “Zərifə xanım Əliyevanın” abidəsinin açılış mərasiminin keçirilməsi və bu mərasimdə Azərbaycan Respublikasının Prezidenti möhtəşəm İlham Əliyevin və Azərbaycan dövlətinin birinci xanımı Mehriban xanım Əliyevanin iştirak etməsi idi.
Qeyd edim ki, rəhmətlik Zərifə xanım  Əliyevanın abidəsi onun adını daşıyan “Ana və uşaq” parkında  yerləşır. Həm də bu parka gələn küçələrdən biri və İrpen tam orta təhsil məktəblərindən biri də
Zərifə xanım Əliyevanın adını daşıyır.
Mənim üçün diaspor hərəkatında əsas maraq qədim və doğma Azərbaycan xalqı ilə Ukrayna xalqı arasında münasibətlərinin yaxınlaşması, insanlar arasında xalqımın milli-mənəvi dəyərlərinin bizim üçün nə qədər müqəddəs və lazımlı olduğunu yaşatmaq və yaymaqdır.

image-received_541666663487748

image-img_20220131_220306

-Ümumiyyətlə, Ukrayada Azərbaycan diasporu öz sözünü deyə bilirmi?
-Başqa xalqların diaspor tarixi ilə müqaiysə etsək, Ukraynada Azərbaycanın diaspor hərəkatının tarixi çox deyil. Amma buna baxmayaraq, Kiyevdə və bölgələrdə görülən işlər, həqiqətən çoxdur.
Həmyerlilərimizin administrativ işlərdə, ali təhsil müəssisələrində mötəbər vəzifələrdə çalışmaları və elmi dərəcələrə sahib olmaları, inzibati orqanlarda, yerlı, şəhər və ali Radaya deputat seçilmələri, iş adamlarının iş yerləri yaratması böyük göstəricidir.
Krımdan və Dobasdan məcburi köçkünlərə kömək etmək üçün Ukraynada Azərbaycan diasporunun üzləri əllərindən gələni edirdilər.
Ukraynada yaşayan azərbaycanlılar, bir Ukrayna vətəndaşı kimi Donbasda gedən muharibədə həm ön, həm də arxa cəbhədə yüksək səviyyədə iştirak edirdilər. Hərbiçilər arasında şəhid olan həmyerlilərimiz də var. Allah onlara rəhmət etsin.
Yaşadığım İrpendən mayor İlqar Bağırov “Baly” qəhrəmancasına döyşlərdə vuruşaraq şəhadlik zirvəsinə yüksəlmişdir.
Qeyd edim ki, Ukraynada Azərbaycan diasporunun tanınmış simaları Oleq Krapivin, Hikmət Cavadov, Rövşən Tağıyev, Oqtay Əfəndiyev və başqaları rəhmətlik İlqar Bağırovun, eləcə də şəhid ailələrinin, veteranların, çoxuşaqlı ailələrin, məhdud imkanlı həmyerlilərimizin ailələrinə göstərdikləri qayğı qürurvericidir.

image-img_20220131_095717

-İki ölkə arasında əlaqələrin inkişafına diasporumuz nə kimi töhfə verir?
-Ukraynada Azərbaycanın diaspor hərəkatı yarandığı gündən qanlı 20 Yanvar hadisələrini Ukrayna ictimaiyyətinə, siyasi müstəvilərə çatdırmağa əlindən gələni edib.
Belə ki, bu mövzuda mitinqlərin keçirilməsi, Ukrayna xalqına həqiqətlərimizi çatdırmaq vacib idi.
Eləcə də Ukrayna ictimaiyyətinə Qarabağ problemini, düşmənlərimizin amansız və cinayətkar olduğunu lazımi dəlillərə əsasən çatdırmaq önəmli idi.
Kiyevdə və bölgələrdə Xocalı faciəsi mövzusunda davamlı olaraq müxtəlif səpkili tədbirlər keçirilir.
Eləcə də 44 günlük Zəfər Döyüşü zamanı Ukrayna Azərbaycanlıları Radası həm mətbuatda, həm cəmiyyətdə, həm də siyasi müstəvidə, o cümlədən maddi yardım baxımından Azərbaycanla birgə addımladı.
İki ölkə arasında siyasi, iqtisadi əlaqələrin inkişafında Ukrayna Azərbaycanlıları Radası həmişə öndədir.
Belə ki, bir qrup Ukrayna siyasətçilərinin Azərbaycana, Qarabağa səfəri təşkil olunub. Orada gördükləri həqiqətləri Ukrayna ictimaiyyətinə olduğu kimi çatdırmaları çox önəmlı bir addımdır.
Bir görüş yadıma düşdü: O zaman Ukrayna Nazirlər Kabinetinin sədri vəzifəsində işləyən Ukraynanın üçüncü Prezidenti Viktor Andreyeviç Yuşenko ilə bir layihəsi ilə əlaqədar görüşümüz oldu.
Bu layihədə arı balını kiçik həcmli qablarda yerləşdirmək və qabların üzərində arı balının Ukraynanın hansı bölgəsindən olduğunu və bu bölgədə yaşamış dahi insanlarla bağlı da qısa məlumat verilməli idi. Bunların satışını dövlətlərarası uçuşlar edən təyyarələrdə, qatarlarda və turistlərın sıx olduğu yerlərdə təmin etmək lazım idi. Bunun
Viktor Andreyeviç Yuşenko Ukraynaya gələn turistlərə Ukrayna coğrafiyası və dahiləri ilə bağlı da məlumat mənbəyi olacağını söylədi.
Sevindirici haldır ki, Ukraynada Azərbaycan Ticarət Mərkəzlərinin yaradılması və bu Ticarət mərkəzlərində Azərbaycanda istehsal olan məhsulların Ukrayna xalqına təqdim oluması, Azərbaycan haqqında bir məlumat mərkəzinə çevrilir.

image-received_631069098163468

image-received_5067613709957449

-Ukraynada doğulmuş, böyümüş azərbaycanlı gənclər diaspor işində aktivdirlərmi?

-Qeyd etmək istəyirəm ki, Ukraynada Azərbaycanlı Gənclər Birliyinin yaradılması tamamilə zamanla ayaqlaşdı. Bu illərdə Ukraynada yaşayan azərbaycanlıların əksəriyyətinin övladları orta, alı təhsil ocaqlarında təhsil alırdılar.

Ukraynada dünyaya gələn gənclərın Azərbaycan xalqının milli-mədəni dəyərləri ilə tanışlığı, təkcə ailədə yox, həm də ictimaiyyətdə onlara təblığ olunması vacib məsələlərdən biri idi.
Eyni zamanda Ukraynanın bir çox böyük şəhərlərində yüzlərlə Azərbaycandan Ukraynaya təhsil almağa, işləməyə gələn azərbaycanlı gənclər yaşayırdılar.
Bunların birliyıni yaratmaq gənc ziyalı nəsildən olan Anar Tahirovun və onun gənc komandasının üzərinə düşmüşdü.
Anar müəllim başda olmaqla bu komandadan Kievdə, Ukraynanın bölgələrində, Ukraynada Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılıq işləri çox böyük zəhmət tələb edirdi.
Başda gənclərin komandası olmaqla,
bölgələrin diaspor fəallarının, gənclərə dəstəyi nəticəsində, bölgələrdə təşkilatlar yarandı və fəaliyyətə başladı.
Qeyd etmək lazımdır ki, həm elmi, həm ictimai müstəvidə çox böyük əhəmiyyətli işlər görmüşdülər.
Ukraynada Azərbaycan gerçəkliyinı siyasi və ictimai müstəvidə müzakirə etmək, elmi konfransların keçirilməsi, idman yarışlarının təşkili, incəsənət və mədəniyyət formatında iştirak etmək ən mühüm məsələlərdən biri idi.
Növbəti seçkidə, Anar müəllimin komandasından olan, İlhamə xanım
Ukraynada Azərbaycanlı Gənclər Birliyinin rəhbəri seçilmişdir. Komanda üzərinə düşən vəzifəni layiqincə davam etdirir.
Çox təəssüflər olsun ki, pandemiya hər bir işlər də olduğu kimi bu sahədə də işləməyə gənclərə çətinlık törədir.
Buna baxmayaraq, başqa sahələrdə aparılan işlərlə yanaşı, pandemiya zamanı komanda Ukraynada təhsil alan azərbaycanlı tələbələrə öz dəstəklərini əsirgəmirlər.

image-received_1136570897148922

-İllərdir qürbətdə yaşamağınıza baxmayaraq, Vətənlə əlaqələriniz varmı?
-Doğma Vətənımizdə böyük ailəmiz, qardaş-bacılar, onların övladları, məktəb, tələbə dostlarımla həmişə əlaqəm olub və olacaq da, İnşallah.
Övladlarımla doğma Vətənimizdə istirahət etdiyimiz gününlər ömrümün  ən xöşbəxt anlarıdır.
Allah hər zaman xeyir işlər qismət etsin. Qohum-qardaşın və dostlarımın övladlarının toy mərasimində iştirak etmək mənim üçün çox önəmlidir.
Xeyirlə-şər qardaşdır deyirlər.
Ağır zamanda həmişə böyük ailəmizin və dostlarımın yanında olmağa çalışmışam.

image-received_1460867174315485

image-img_20220131_220908

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki