image-2000x150
image-whatsapp-image-2026-10-04-at-12-04-08backend

Dmitri Şolomitskiy: “Azərbaycan və Belarus arasında innovasiya və texnologiya sahəsində əməkdaşlıq üçün böyük potensial var”

image-768x150

Yaxın günlərdə Diaspornews.az saytında Belarusun Xüsusi İnkişaf Mərkəzi MMC-nin direktoru Dmitri Valeriyeviç Şolomitskiy ilə müsahibə dərc olunacaq. Dmitri Valeriyeviç Şolomitskiy Azərbaycan–Belarus münasibətlərinin inkişafında innovasiya, mühəndislik, media və biznes əməkdaşlığının xüsusi əhəmiyyət daşıdığını bildirir.

Dmitri Şolomitskiy ilə müsahibədə müasir texnologiyaların inkişafı, şirkətin həyata keçirdiyi layihələr, beynəlxalq əməkdaşlığın yeni imkanları və Belarusun innovasiya mühitinin gələcəyi barədə danışılır. Şirkətin hansı istiqamətlərə üstünlük verdiyi, xarici bazarlara çıxış strategiyası və beynəlxalq tərəfdaşlığın biznesin inkişafına təsiri də müsahibənin əsas mövzuları sırasındadır.

Söhbətdə Azərbaycan–Belarus əlaqələrinin yeni əməkdaşlıq imkanları xüsusi yer tutur. Şolomitskiy iki ölkənin şirkətləri, sahibkarları və innovasiya qurumları arasında birgə layihələrin həyata keçirilməsi, Azərbaycan və Belarus mütəxəssisləri arasında bilik və təcrübə mübadiləsinin genişləndirilməsi imkanlarını dəyərləndirir.

Xüsusilə sentyabrın 28-də Minskdə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə ilə keçirilən görüşə toxunan Dmitri Şolomitskiy görüş zamanı müzakirə olunan məsələlər və gələcək əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşür. Azərbaycan və Belarus mediası arasında təcrübə mübadiləsinin hansı nəticələr verə biləcəyi, media, QHT və biznes strukturları arasında yeni əməkdaşlıq platformalarının yaradılması imkanları da müsahibədə geniş müzakirə olunur.

Bəs Azərbaycan şirkətləri Belarusun xüsusi texnologiya və innovasiya layihələrində hansı rolu oynaya bilər? İki ölkənin mütəxəssisləri arasında əməkdaşlıq hansı istiqamətlərdə daha səmərəli nəticələr verə bilər? Azərbaycan–Belarus münasibətlərində biznes və innovasiya gündəliyini daha da genişləndirmək üçün hansı addımlar atılmalıdır?

Bu və digər suallara Belarusun Xüsusi İnkişaf Mərkəzi MMC-nin direktoru Dmitri Valeriyeviç Şolomitskiyin müsahibəsində cavab tapmaq mümkündür.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki