image-2000x150
image-cc55f90b-7df0-4372-aee0-f2b799b3630abackend

Azərbaycan Orta Dəhliz vasitəsilə ticarətini sürətləndirir

image-768x150

Prezident İlham Əliyev: biz Çin şirkətlərinə arxalanırıq

Çin Xalq Respublikası daim beynəlxalq hüquqa dövlətlərin suverenliyinə hörmət prinsipini əsasgötürür. Azərbaycanın ərazi bütövlüyünə verdiyidəstək sülh təşəbbüslərinə açıq dəstək, Pekininregionda dayanıqlı sabitlik istəyindən qaynaqlanır. Çinin Azərbaycanın sülh gündəliyinə dəstəyi, bölgədəErmənistanla münasibətlərin normallaşması, kommunikasiyaların açılması qarşılıqlı etimadaəsaslanan əməkdaşlıq üçün vacib siyasi arxa planaçevrilir. Çin, qlobal siyasətdə artan qarşıdurmalarfonundasoyuq müharibəyanaşmalarını xaricigüclərin Cənubi Qafqazda rəqabət platformasınaçevirmə cəhdlərini təhlükəli nəticəsiz hesab edir. Buisə Azərbaycanın müstəqil siyasətinə verilən bir dəstəkkimi dəyərləndirilə bilər. Prezident İlham ƏliyevÇin Xalq Respublikasına dövlət səfəri çərçivəsindəaprelin 23-də Pekində ÇXR-ın Sədri Si Cinpi iləimzaladığıAzərbaycan Respublikası ilə Çin XalqRespublikası arasında hərtərəfli strateji tərəfdaşlıqəlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da buməsələ xüsusi bənd olaraq qeyd olunub. CənabPrezident aprelin 25-də Çinin CGTN telekanalınaverdiyi müsahibə bu haqda danışıb: “Biz bir-birimizin suverenliyini ərazi bütövlüyünü qətiyyətlədəstəkləyirik. BizVahid Çinsiyasətini qətiyyətlədəstəkləyirik. Tayvanda qeyri-qanuni seçkiləriictimaiyyət qarşısında açıq şəkildə pisləyən ilk ölkələrsırasında olmuşuq. Bəyanatın digər hissəsi ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıqkimi çox sayda məsələləri əhatə edir əlbəttə ki, buaddım birgə təşəbbüsümüzdür. Beləliklə, həminsənədin mahiyyəti çox əhəmiyyətlidir. Buna görəhəmin ölkə ilə Bəyanatın imzalanması Azərbaycanüçün həqiqətən mühüm nailiyyətdir. Sizə deyə bilərəmki, Azərbaycan öz bölgəsində bir çox ölkə ilə həmçinin bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıqhaqqında bəyanatlar imzalayıb, lakin Çin ilə Bəyanatonların daxilində ən güclüsüdür. Məhz buna görə busənədin xüsusi vacibliyi bir daha göz qarşısındadır”. Nəzərə çatdıraq ki, “Vahid Çinsiyasətinə əsasən, Tayvan Çin Xalq Respublikasının ayrılmaz tərkibhissəsi kimi tanınır Çin hökumətinin ərazibütövlüyü prinsiplərinə hörmət edilir. Azərbaycandəfələrlə bu mövqeyini beynəlxalq platformalarda, xüsusən BMT Qoşulmama Hərəkatı kimitəşkilatlarda bəyan edib. Bu dəstək, iki ölkə arasındastrateji tərəfdaşlıq qarşılıqlı hörmət prinsiplərinəəsaslanan diplomatik münasibətlərin bir hissəsidir. Azərbaycan da öz ərazi bütövlüyü məsələlərində(xüsusən Qarabağla bağlı) beynəlxalq dəstəyə ehtiyacduyduğundan, oxşar prinsipial mövqeləri dəstəkləməkonun xarici siyasətində önəmli yer tutur.

Xatırladaq ki, Prezident İlham Əliyev Çinə səfəriçərçivəsndə bir sıra rəsmi görüşlər keçirib.  Aprelin 23-də Pekində Prezident İlham Əliyevin Çin XalqRespublikasının Sədri Si Cinpin ilə geniş tərkibdəgörüşü olub. Sədr Si Cinpin Prezident İlham Əliyevinrəhbərliyi ilə Azərbaycanın inkişafını əldə etdiyinailiyyətləri məmnunluqla qeyd edib. Prezident İlhamƏliyev müsahibəsində bu görüşlə bağlı təəssüratlarınıbölüşüb: “Bizim çox mehriban münasibətlərimiz var. Görüşlərin birində o, məni Çinin yaxın dostuadlandırıb. Bunu mən bir növ mükafat kimi qəbuledirəm. Onunla görüşməyə, çox səmimi açıqqaydada söhbət aparmağa hər zaman məmnunam. Bizdanışıqlar zamanı çox vaxt bir yerdə olmuşuq, sonrarəsmi ziyafət zamanı söhbət etmişik. Bir sözlə, regional sabitlik, təhlükəsizlik beynəlxalqmünasibətlərin bir çox sahəsini əhatə etmişik. Müxtəlifməsələlər ətrafında öz aramızda fikir mübadiləsiapardığımız zaman mənim üçün onun mövqeyinibilmək hər zaman vacibdir, çünki o, çox təcrübəlidövlət xadimidir. Ona böyük hörmətim var. O, çoxdərin biliklərə malik olan, Çinin milli maraqlarına bütövlükdə qlobal məsələlərə gəldikdə, çox qətiyyətlimövqeyi ilə seçilən insandır. Bildiyiniz kimi, Azərbaycan Sədr Sinin inkişaf, təhlükəsizlik sivilizasiyalar ilə bağlı bir neçə təşəbbüsünə qoşulub. Biz onun mövqeyinə şərikik. “Bir kəmər, bir yoltəşəbbüsünü açıq şəkildə dəstəkləmiş sonradanqoşulmuş ilk ölkələrdən biri bizik öz ölkəmizdəxeyli infrastruktur layihələrini həyata keçirmişik. Həqiqətən, onunla görüşmək hər zaman xoşdur. O, dünyanın ən güclü ölkələrindən birinin rəhbəridir, lakin, eyni zamanda, çox təvazökar, çox mehribaninsandır. O, elə bir mühit yaradır ki, siz onunla söhbətedəndə sanki köhnə dostunuzla danışırsınız”.

Azərbaycan Çinin irəli sürdüyüBir kəmər, bir yolbeynəlxalq infrastruktur ticarət layihəsinə aktivşəkildə qoşulub. Bu təşəbbüsün məqsədi Asiya, Avropa Afrikanı birləşdirən genişmiqyaslı nəqliyyat iqtisadi əməkdaşlıq şəbəkəsi yaratmaqdır. Azərbaycanbu layihədə strateji coğrafi mövqeyinə görə mühümtranzit ölkələrindən biri kimi çıxış edir. Yerigəlmişkən, ÇindəAzərbaycan Respublikası Hökumətiilə Çin Xalq Respublikası Hökuməti arasındaBirkəmər, bir yoltəşəbbüsünün birgə təşviqi üzrəƏməkdaşlıq Planısənədi izalanıb. Azərbaycanınbu layihəyə dəstəyi həm iqtisadi inkişaf, həm beynəlxalq əməkdaşlığın genişlənməsi baxımındanəhəmiyyətlidir. Cənab Prezident müsahibədəBirkəmər, bir yollayihəsinin Azərbaycan üçün yalnız birtranzit marşrutu olmadığını önə çəkib: “Biz bu marşrutüzərində şirkətlər qurmaq istəyirik, çünki bizim coğrafimövqeyimiz əlverişlidir. Biz Şərq-Qərb Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşirik. Bağlantılara gəlincə, biz artıq bütün infrastrukturudəmir yollarını, dəniz limanlarını, magistral yolları, 8 beynəlxalq hava limanı inşa etmişik. Biz qlobalmiqyasda ən böyük yükdaşıma, hava yolu iləyükdaşıma şirkətlərindən birinə sahibik. Beləliklə, hədəfimiz bu marşrut üzərində biznes qurmaqdır. Əlbəttə ki, biz Çin şirkətlərinə arxalanırıq. Cəmi birhəftədən az vaxt bundan əvvəl biznes-forumda həriki ölkədən müxtəlif şirkətlər iştirak edirdilər, onlarAzərbaycana 300 milyon dollardan artıq həcmdəinvestisiya yatırılmasına dair sazişlər imzaladılar. Bugün mən həmkarlarıma söylədim ki, bu, bizim üçünyaxşı göstəricidir. Lakin düşünürəm ki, bu göstəricidaha böyük ola bilər”. Çin hazırda idxal baxımındanAzərbaycanın əsas tərəfdaşıdır. Bu, iki ölkə arasındaiqtisadi əlaqələrin son illərdə nəzərəçarpacaq dərəcədəinkişaf etdiyini göstərir. Ölkə başçısının da qeyd etdiyikimi, Azərbaycanın əsas məqsədlərindən biri Çinbazarında daha böyük paya malik olmaqdır. Bu, birsıra sahələr üzrə həyata keçirilir. Belə ki, Azərbaycanınəsas ixrac məhsullarından biri neft neft-kimyaməhsullarıdır. Çin bu sahədə böyük bazara malikdir Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) buistiqamətdə əməkdaşlığı genişləndirməyə çalışır. Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafıistiqamətində siyasət həyata keçirir Çin bazarına: kənd təsərrüfatı məhsulları (qoz, fındıq, nar, şərab, bal s.), sənaye malları turizm xidmətləri təklifetməyə çalışır. Həmçinin Azərbaycan Çində keçirilənbeynəlxalq sərgilərdə, o cümlədən Çin Beynəlxalqİdxal Sərgisi (CIIE) kimi platformalarda mütəmadiiştirak edir. Bu, Azərbaycan məhsullarının tanıdılması bazar payının artırılması üçün vacib addımdır. Ticarət evləri logistika əməkdaşlığı da mühüməhəmiyyət kəsb edir. Azərbaycan artıq Çində 6 TicarətEvi açıb bu platforma yerli məhsulların tanıdılması satışını təşviq edir. Bundan əlavə, logistika nəqliyyat əməkdaşlığı, xüsusilə Orta Dəhliz vasitəsiləticarətin sürətləndirilməsinə xidmət edir.

 

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki