27 may 2024-cü il Moskvada Rusiya Federasiyasının Ticarət və Sənaye Palatasında “Biznes Liderləri” Forumu keçirilib. Forumda hökumət nümayəndələri, elm, mədəniyyət, iri holdinq rəhbərləri və investorlar iştirak ediblər.
Forumun konsepsiyası sosial əhəmiyyət kəsb edən “Biznes Liderləri” Konqresi mütəxəssislərin öz əvəzsiz töhfələrini verdikləri hər bir sahədə ən vacib aspektləri vurğulamağa imkan verir.
Forumda Dünya Xalqları Alyansının Baş Katibi, Sülh səfiri Dr. Aleksandr Şapiro Suliman da salamlama nitqi söyləyib. O, biznes imkanları ilə bağlı öz fikir və təkliflərini bildirərək hər kəsə uğurlar arzulayıb.